Qəmərim (mahnı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Qəmərim — Müəllifi və ilk ifaçısı Xan Şuşinski olan mahnı.

Tarixi

Xalq mahnısı kimi tanınan "Qəmərim" mahnının yaradıcısı Xan Şuşinskidir.

Musiqi tədqiqatçılarından Firudin Şuşinski "Xan Şuşinski" adlı yazısında bu barədə diqqətçəkən bir xatirə qələmə alıb. Həmin xatirədən bəlli olur ki, 1936-cı ildə Xan Şuşinski Şuşaya Firudin müəllimin əmisi qızı Fatmanın toyuna gəlibmiş. Firudin Şuşinski yazır: " Özü də məclisdə hamını yox, ən gözəl rəqs etməyi bacaranları oynadardılar. O zaman dəbdə olan oyun havalarından ən məşhuru "Qəşəngi" havası idi ki, qız və gəlinlərimizin əksəriyyəti bu havaya, özü də Xanın iştirak etdiyi toylarda oynamağa can atardılar. Yadımdadır: şirniçi Yunisin qızı Qəməri oynatdılar. Qəmər həm "Qəşəngi"ni oynamaqda, həm də gözəllikdə Qarabağda birinci sayılırdı..." [1] 35 yaşlı Xan da son dərəcə gözəl və yaraşıqlı bir cavan idi. Qəmərin gözəlliyindən, şirin-şirin süzməsindən ruhlanan Xan bədahətən Qarabağ gözəlinə bu sözləri qoşaraq oxumağa başlayıb:

Saçın uzun hörməzlər,
Səni məni verməzlər,
Əyil, üzündən öpüm,
Qaranlıqda görməzlər.
Ay Qəmərim, Qəmərim,
Gözəl Qəmərim, Qəmərim!..

İndi xalq mahnısı kimi dillər əzbəri olan "Qəmərim" ilk dəfə 1936-cı ildə Şuşada Köçərli məhəlləsində Xan Şuşinski tərəfindən bədahətən oxunaraq musiqi dünyamızın solmayan incilərindən birinə çevrilib.

İfaçilari

İstinadlar

Mənbə