Xan Şuşinski (doğum adı: İsfəndiyar Aslan oğlu Cavanşir; 20 avqust 1901, Şuşa – 18 mart 1979, Bakı)[1] — xanəndə, Azərbaycan SSR xalq artisti (1943) və "Şərəf nişanı" ordeni laureatı (1959).
Xan Şuşinski | |
---|---|
İsfəndiyar Cavanşir | |
Ümumi məlumatlar | |
Doğum adı | İsfəndiyar Aslan oğlu Cavanşirov |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Fəaliyyət illəri | 1918–1979 |
Janrlar | xalq mahnısı, muğam |
Təhsili | |
Mükafatları |
|
xan.musigi-dunya.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Xan Şuşinski 1901-ci ildə avqust ayının 20-si Şuşada anadan olmuşdur. Ailəsinin Qarabağ xanları nəsli ilə qohumluq əlaqəsi olmuşdur.
16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xan İqbalın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını vermişdir. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur.[2] Qeyd etmək lazımdır ki, Xan Şuşinskinin təsirləndiyi şəxslərdən biri olan Şeyid Şuşinski o dövrün görkəmli xanəndəsi Əbdülhəsən xan İqbali Azər ilə yaxından dost olmuşdur. Əbülhəsən xan vallarından birində "Hümayun" muğamını oxuyaraq, üzərində onu Seyid Şuşinskiyə həsr etdiyini yazdırmışdı.
1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirmişdir. 1920-ci ildə Bakıdan Qarabağa təbliğat konsertləri vermək üçün gələn bolşevik təşviqat briqadasınnı içində Cabbar Qaryağdıoğlu da olmuşdur. Cabbar Qaryağdıoğlu Xan Şuşinskini də yanına alaraq bütün Qarabağ da konsertlər vermişdir.[3]
Xanın repertuarında "Mahur–Hindi", "Bayatı-Qacar", "Qatar" dəsgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.
Bakıya gəldikdən sonra buradakı ilk rəsmi çıxışını 1923-cü ildə həyata keçirmişdir. Bu çıxış Azərbaycan Dövlət Filarmoniyasında həyata keçirilmişdir. Bundan sonrakı illərdə böyük məşhurluğa sahib olmuş və bir çox ölkələrdə və şəhərlərdə qastrol səfərlərində omluşdur. Həmçinin, Səməd Vurğunun "Azərbaycan" poemasında da adı keçmişdir.
1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görüldü. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil etmişdir.
1943-cü ildə birbaşa sürətdə olmaqla Azərbaycan Xalq Artisti adına layiq görülmüşdür. Bu fəxri ada layiq görülməsindən bir il sonra, yəni 1944-cü ildə Məhəmməd Rza Şah Pəhləvinin dəvəti ilə İrana qastrol səfəri etmişdir. Bu səfər zamanı Tehran da daxil olmaqla, 4 şəhərdə konsert vermişdir.[2]
1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrətmişdir.
O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaratmışdır. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirirdi. Bu baxımdan onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olmuşdur. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət etmişdir. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz" mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşatmışdır. Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib.Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə "Qaragöz"ü dinləməkdən zövq alırmış.[4]
Xan Şuşinski həmçinin, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində (Asəf Zeynallı adına Musiqi Məktəbi) müəllimliklə də məşğul olmuşdur.
Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən cəmi 240 dəqiqəlik lent yazısı qalıb.[4] Xan Şuşinski 18 mart 1979-cu ildə vəfat etmişdir. İkinci Fəxri Xiyabanda dəfn olunub.[2]
Xanəndənin adının əbədiləşdirilməsi məqsədilə Azərbaycanda "Xan Şuşinski Fondu" fəaliyyət göstərir.[5] Fondun direktoru xanəndənin qızı Bəyimxanım Verdiyevadır.[6]