Qərb çinarı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qərb çinarı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qərb çinarı
Beynəlxalq elmi adı

Təbii yayılması:

Təbii halda Şimali Amerika-Ontariodan Meksika və Şimali Floridaya qədər yayılmışdır.

Botaniki təsviri:

Hündürlüyü 45 m-ə qədərdir. Çətiri uzunsov və ya yumurtavari-piramidaldır. Gövdəsinin qabığı açıq boz rəngli, xırda, nazik lövhələrlə ayrılır və açıq sarı rəngli tər qabığın xallarını açır. Birillik budaqları tünd, narıncı-qonurdur. Yarpaqları iri, eni 20 sm-ə qədər, üçpərli, güclü zoğlarda bəzən beş pərli, parlaq, üstdən tünd yaşıl, altdan nisbətən açıq rəngdə, bünövrəsi enli-ürəkvari, bəzən qısa-pazşəkilli, kənarları bütövdür. Cavan yarpaqları hər tərəfdən seyrək keçəli, inkişaf etmişlərin üstü çılpaq və parlaq, tünd yaşıl, alt tərəfi daha açıq, damarcıqlarda və qoltuqlarında keçəli-tüklüdür. Saplağı keçəli-tükcüklü və şərq çinarına nisbətən daha uzundur. Yalançı zoğların uzunluğu 2,5-3,5 sm, qıfvari, kənarları dişlidir. Meyvə başcıqları tək, bəzən cüt, hamar, diametri təxminən 2,5-3 sm, çılpaq meyvə saplağının ucunda uzunluğu 7,5-15 sm-dir. Toxumcaları ucunda sancaqvari qalınlaşmış, çılpaq, sütuncuğu tez tökülən, sütuncuğun qısa qalığı toxumların ucunda batığa girmişdir.

Ekologiyası:

Şaxtaya, quraqlığa davamlıdır. Çayların, göllərin sahillərində, zəngin və rütubətli torpaqda bitir. Bu növ cavan yaşda şaxtaya az davamlıdır. Digər növlərdən fərqli olaraq Gloeosporium nervisequum göbələyi ilə çox yoluxur.

Azərbaycanda yayılması:

Böyük və Kiçik Qafqazda geniş yayılmışdır. Təbii halda yoxdur.

İstifadəsi:

Gözəl, dekorativ görünüşə malikdir. Yaşıllaşdırmada, park və bağlarda tək-tək əkinlərdə istifadə edilir.

İstinadlar

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 999.

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov

Məlumat mənbələri

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

İstinad

  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh