Qaşdar Əliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
QAŞDAR ƏLİYEV
Doğum tarixi
Doğum yeri Şahbuz,Keçili
Vəfat tarixi (74 yaşında)

Qaşdar Əliyev (17 oktyabr 1941, Keçili, Şahbuz rayonu21 mart 2016) — Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi (1992)[1], SSRİ XTNS laueratı, akademik Həsən Əliyev mukafatcısı; Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti Mərkəzi Şurasının üzvü; Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Müharibə, Əmək, Hüquq-Mühafizə və Silahlı Qüvvələr Veteranları Şurasının məsul katibi, Jurnalistlər Birliyinin üzvü.

Həyatı

17 okyabr 1941-ci ildə Naxcıvan MSSR-in Şahbuz rayonunun Kecili kəndində anadan olmuşdur.

1960-cı ildə Naxcıvan Kənd Təssərüfatı Texnikumunu, 1968-ci ildə AKTİ-un aqranomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1969-1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun əyani aspiranturasında təhsil almışdır.

Əmək failiyyəti Şahbuz rayonu ilə bağlıdır. 2 il kolxoz aqranomu, 9 il rayon kənd təsərrüfatı idarəsində baş aqranom, 5 il həmin idarənin rəisi, Aqrar sənaye birliyinin sədri, rayon icraiyyə komitəsinin sədr müavini, 12 il kənd təssərrüfatı işciləri həmkarlar ittifaqı rayon təşkilatının katibi və sədri işləmişdir. Dövri mətbuat və radio-televiziya üçün zəngin yaradıcılıq yolu keçmişdir.

21 mart 2016-cı ildə vəfat etmisdir.

İctimai fəaliyyəti

Azərbaycan və Ümumittifaq Həmkarlar Təşkilatının Bakı və Moskva, ATMC V və VI, Azərbaycan Veteranlarının III qurultayların numayəndəsi olub.

Ailəsi

Cənnət Əliyevin böyük qardaşıdır.

4 oğlu və nəvələri var.

Filmoqrafiya

İstinadlar

Xarici keçidlər