Keçili (Şahbuz)

KeçiliAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndi Külüs kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Keçili kənd Soveti yaradılmışdır.[2] Dəniz səviyyəsindən 3000 m hündürlükdə, rayon mərkəzindən 20 km şimalda, Zəngəzur silsiləsinin yamacında yerləşir. Əhalisi bağçılıq və heyvandarlıqla məşğuldur. Yaxınlığlnda kiçik dağ çayının sağ sahilində erkən orta əsrlərə aid Kolluq yaşayış yeri qeydə alınmışdır.[3]

Keçili
39°22′17″ şm. e. 45°43′03″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 7123
Keçili xəritədə
Keçili
Keçili

Keçililər - qədin türk tayfası. Mənşəcə oğuzların kayı (qayı) tayfasından idilər. XI əsrdə Səlcuq oğuzlarının tərkibində Azərbaycana gəlmişlər. Orta əsrlərdə Arazın sağ sahilində (indiki Cənubi Azərbaycanda) yaşamış Keçililər Səfəvilər dövründə Naxçıvanda məskunlaşmışlar.Şahbuz rayonunda Keçili kəndinin adı Keçililərlə bağlıdır.[4]

Zəngəzur silsiləsinin ətəyindədir. XIX əsrə aid mənbələrdə Naxçıvan zonasında (Arazın sol sahilində) tayfa yekeçililərin yaşadığı və onların Səfəvilər dövründə kəngərlilərlə qaynayıb-qarışdığı qeyd olunmuşdur. Mənbələrdə oğuz mənşəli qayı tayfa birliyinə daxil olan qızılkeçili qolundan da bəhs edilmişdir. Türkmənlərdə yerçarı tayfasının qollarından biri də keçili adlanırdı. Keçili tayfası Türkiyədə yüryüklər arasında da qeyd olunmuşdur.[5]

Keçili kəndində yeni salınmış yol.jpg

Naxçıvan əyalətində Keçili tayfası («tayfeye-keçili») adlı tayfanın yaşadığı qeyd olunmuşdur.[6] Keçili adlı türk tayfası orta əsrlərdə Türkiyə ərazisində də yaşayırdı.[7] V.A.Qordlevskiyə görə Səlcuqi oğuzlarının Kayn tayfasının bir qolu Qızıl Keçili, digəri Çəpni adlanırdı.[8] Keçililər Naxçıvan əyalətində Kəngərlərin bir qolu olmuşdur. Mənbədə qeyd edilir ki, keçmişdə Araz çayının sağ sahilində yaşamış bu tayfa Səfəvilər vaxtında Naxçıvan keçərək Kəngərlərə qarışmışlar[9]. Anadolu yarımadasında Sarı Keçili tayfasının yaşaması da məlumdur[10].

Keçili kəndi Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin yamacında yerləşən qədim yurd yerlərindən biridir. Ərazidəki Kolluq yaşayış yeri, Dəyirman yeri, IX-XIII əsrlərə aid Xaraba Keçil kənd yeri, Keçil qəbiristanlığı və sair kimi maddi-mədəniyyət abidələri burada yaşayışın qədimdən mövcud olduğunu təsdiqləyir. Azərbaycanda məşhur olan Çınqıllı bulağı da bu kənddə yerləşir.

Faktlar sübut edir ki, XVI əsrə qədərki mənbələrdə Keçili kənd adına rast gəlinmir. Ona görə ehtimal edirik ki, həmin dövrə qədər kəndin adı Zimmi keçidi olmuş, keçili tayfası kənddə məskunlaşdıqdan sonra kəndə “Keçili” adı verilmişdir. “Zimmi keçidi” XVI-XVIII əsrlərdə Naxçıvan sancağının Dərəşahbuz nahiyəsində qeydə alınmış kənd adıdır. Nahiyədə bir-biri ilə həmsərhəd olan Nursu, Külüs, Əyrək kəndləri ilə yanaşı, adıçəkilən Zimmi keçidi kəndinin 1727-ci ildə gəliri 6737 ağça olmuşdur. Mənbələrdə Zimmi keçidi adının mənşəyinə toxunulmur, ancaq tədqiqatçıların bəziləri Keçili kənd adının mənşəyini yer səthinin quruluşu, iqlim şəraiti ilə əlaqədar keçid şəklində mənalandırırlar ki, bu mülahizə də Keçili kəndinin keçmiş adının Zimmi keçidi olması ehtimalını artırır. Zimmi keçidi adının birinci komponentinin (zimmi) mənası tam aydın deyil. Ola bilsin ki, adın bu hissəsi ərəbcə orta, ara mənasında işlənən zimn sözündən yaranmışdır. Keçid sözü isə bir yerdən başqa yerə keçmək üçün yol, keçəcək, iki dağ arasında olan dar boğaz mənasında işlənir və Zimmi keçidi adı yer səthinin quruluşu ilə bağlı dağ ortası, iki dağ arasında olan yer, məkan mənasını verir. Bir faktı qeyd edək ki, XVI əsrdən sonrakı mənbələrdə Keçili adına çox təsadüf edilir və bütün müəlliflər adın mənşəyinin tayfa adı ilə bağlı olduğunu yazırlar. Məsələn, Naxçıvana dair tarixi sənədlərdə yazılır ki, Tayifeyi-keçili adı ilə Arazın sağ sahilində yaşayan bu tayfa XVI əsrdə Səfəvilər dövründə Arazın şimalına köçmüş və Kəngərli tayfalarının tərkibinə daxil olmuşdur. Həmin sənəddə qeyd edilir ki, kəngərlilərə görə keçililəri ayrıca tayfa saymaq lazımdır. Nadir şah Kabula hücum edəndə onun qoşununun tərkibində kəngərlilər və keçililər də olmuşdur. Nadir şahın ölümündən sonra Azad xan keçililərdən ibarət bir dəstəni – 18 nəfəri qoşununa qəbul etmişdir. Arazın cənubunda yaşayan keçililər keç tayfası kimi tanınmış və Kərim Sultan adlı şəxs bu tayfaya başçılıq etmişdir. Məlumata görə, bu vəzifədən azad edilən Kərim Sultan İran şahı Kərim xan Zəndə həmin vəzifəyə qayıtmaq üçün müraciət edir və onun xahişi qəbul olunur.

Mənbələrdə Keçili tayfa adı keçili, qızılkeçili, sarıkeçili variantlarında təqdim olunur və tayfanın yayılma arealları da göstərilir. Məsələn, İ.Şopen XIX əsrdə İrəvan quberniyasının Sərdarabad nahiyəsində iki Keçili, Naxçıvan qəzasında isə bir Keçili kəndinin varlığını təsdiqləyir. A.V.Qordlevski qızılkeçililərin oğuzların qayı tayfasına mənsub olduğunu yazır. Bu adın məna açımı ilə bağlı heç bir tədqiqat aparmayan K.N.Smirnov Keçili sözünün mənşəyini səhv olaraq keçi/ keçiçilik sözü ilə əlaqələndirir. Q.Məşədiyev belə hesab edir ki, Keçili türkmənlərin tərkibində ayrıca tayfa olmuşdur. Çox güman ki, oğuz-türkmən tayfası olan yürüklərin sarıkeçili qolu da bu tayfa adı ilə əlaqədardır.

Bu müəlliflərdən fərqli olaraq, Q.Qeybullayev keçililəri kəngərlilərin bir qolu hesab edir və Şahbuz rayonundakı Keçili kəndinin Plankənd adlandırıldığını da yazır. Ancaq qeyd etmək lazımdır ki, Plankənd Şahbuz rayonundakı Keçili kəndinin yox, əsası Naxçıvanın Keçili kəndindən köçən ailələr tərəfindən qoyulmuş Şəmkir rayonundakı Keçili kəndinin adıdır. Mənbələrin məlumatına görə, XVII əsrdə Şahbuz nahiyəsinin Keçili kəndindən bir qrup ailə Şəmkir rayonuna köçmüş və məskunlaşdıqları kəndə Keçili adını vermişlər. 1954-cü ildə həmin kənd planlı surətdə köhnə ərazidən bir qədər aralıda (indiki yerində) salındığı üçün Plankənd adlandırılmış, 1994-cü ildə kəndin adı yenidən Keçili kimi rəsmiləşdirilmişdir.

Yuxarıdakı xülasədən aydın olur ki, Səfəvilərin hakimiyyəti dövründə Arazın şimalına köçüb Naxçıvanda məskunlaşan tayifeyi-keçili Kəngərli tayfaları ilə qaynayıb-qarışmış, təbiətin gözəl guşəsində özlərinə yurd-yuva salmış qədim soykökümüzü qoruyub saxlayan türk tayfalarından biridir. Bu adın paralelləri Şəmkir, Zəngilan, Zaqatala rayonlarında, Gəncə şəhərində, Türkiyə, İran, TürkmənistanGürcüstanda da mövcuddur.[11]

Tarixi mənbələrdə qeyd olunur ki, islam dinini müharibəsiz və sülh şəraitində, mehribanlıqla qarşılayan kənd sakinləri sonralar islamın yayılmasında da mühüm rol oynayıblar. Kənd əhalisi adət-ənənələrə, dini dəyərlərə, milli soy kökə bağlı insanlar olublar. Keçili kəndinin say-seçmə oğulları Şah İsmayılın, Şah Abbasın, Nadir şahın ordusunda da xidmət etmiş, şücaətlə vuruşmuşlar. Hətta Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında da yaxından iştirak edən Keçili kəndinin oğulları sonralar, Bolşevik hökuməti qurulduqdan sonra təqib olunmağa başlamışlar.[12] 1918-20–ci illərdə xain ermənilərin terror dəstəsi olan daşnaklar Naxçıvanda amansız qırğınlar törədərkən Keçili kəndinin qəhrəman oğulları daşnaklara elə dərs vermişlər ki,ermənilər Babək rayonunun Vayxır kənd ərazisindəki Qızıl boğaz adlanan ərazidə kütləvi qırğın verərək geri qayıtmışlar.[13]

Sovet rejiminə qarşı ilk dəfə mübarizəyə başlayan bölgələrdən biri də məhz Keçili kəndinin insanları olub. Kolxoz quruculuğu və kollektivləşmə illərində var-dövləti əlindən alınan, adət-ənənəsi, milli dəyərləri, şərəf və ləyaqəti xaçpərəst tapdağı altında qalan sadə kənd camaatı silaha sarılaraq sovet hökumətinə qarşı böyük bir hərəkata başlamışlar. Bu hərəkat tarixə Qaçaq hərəkatı kimi düşüb. Üsyançı dəstəyə Keçili kəndinin say-seçmə oğulları başçılıq edib və bu hərəkata sonralar Naxçıvan Muxtar Respublikanın bütün bölgələrindən gəlib qoşulanlar olub. Bu qaçaq hərəkatına gənc yaşlarından igidliyi ilə ad çıxaran Qaçaq Quşdan, sərrast atıcılığı ilə fərqlənən Kalba Süleyman, Kalba Bilal, Orucalı, Dəli Məhərrəm, Kalba Səyyad rəhbərlik ediblər. Bundan başqa dəstə üzvlərinin sırasında , Qasımalı,Əbülfəz ,Qəni,Kalba Abbas, Fətalı kimi igid oğullar da yer alıblar. Amma 1934-cü ilin payızında sovet hökuməti bu üsyanı çox amansızlıqla yatırmış, ədalət, müstəqillik, azadlıq istəyən insanların çoxunu isə vətən xaini adıyla Şahbuz qəsəbəsinin mərkəzində güllələmişlər. Represiyya illərində Keçili kəndindən 50-yə yaxın ailə Qazaxıstanın cənubuna Taldı-Kurqan vilayətinə, o cümlədən, Yevlax rayonuna, Gədəbəyə sürgün edilmişdir. Bu mübarizədən sonra kənd əhalisi öz yaralarını sağaltmaq üçün başqa yol seçmişlər. Bu yol isə elmdən, təhsildən, məktəbdən keçirdi.[14]

Keçili çayı.jpg

Keçili kəndi Şahbuz rayonunun 22 kəndindən biridir. Kənd Zəngəzur dağının ətəyində 39.22 dərəcə şimal enliyi və 45.43 dərəcə şərq uzunluğunda və mütləq hündürlüyü 1880 metr yüksəkilikdə yerləşir. Ərazinin Yayı quraq keçən soyuq iqlimi vardır. Ərazidə səth hissəsində aşağı pliosen yaşlı süxurlar üstünlük təşkil edir. Zəif parçalanmış maili duzənliklərdə dağ-cəmən-çimli ibtidai torpaqlar uzərində şırımlı topal və taxılkimilər. Bu landşaft Qışlaq, Məzrəsuyal, Kecili duzu və Sarıdağ maili duzənliklərini əhatə edir. Cavan alluvial-fluvioqliasial cokuntuləri altında paleogenin cokmə, neogenin puskurmə suxurları yayılmış və maili duzlərin səthi ideal şəkildə duzəlmişdir. Onların ətraf yamacları isə kəskin parcalanmışdır. Maili duzənliklərin səthində yayılmış suxurlar icərisində iri daşlar vardır. Həmin alluvial-fluvioqliasial mənşəli cokuntulər Şahbuz və Nursu çaylarının fəaliyyəti, eləcə də qədimdə baş vermiş buzlaşma nəticəsində yaranmışdır. Kənd hər tərəfdən dağ silsilələri ilə əhatə olunmuşdur. Keçili kəndinin şimal-şərqində Qaramabulaq təbii mərzi və kəndinin şimal-şərqində Üçqardaş dağı vardır.

Florası əsasən kolluqlardır ki, burada çoxlu cır badam, alma, armud, alça və sair yetişir. Calaq vasitəsilə onlardan yeni, quraqlığa davamlı və məhsuldar meyvə növləri almaq mümkündür. Kəndətrafı və həyətyanı torpaq sahələrində çiyələk, kartof, heyvanlar üçün yem bitkiləri, meyvətərəvəz əkilir. Kənddə xeyli insan arı ailələri saxlayır. Çaydaşları uzərində inkişaf etmiş dağ-cəmən ibtidai cimli torpaqlarda qalın cəmən bitkiləri bitmişdir. Burada şırımlı topal və taxılkimilərlə yanaşı, seyrək hallarda gəvən, kəklikotu, yemişan kolları, tək-tək itburnu kolları vardır. Kolluqlar əsasən şumlanmış səthlərin aralarında qalmışdır. Qədimdən surulmuş sahələrdə sudduyən, qanqallar ustunluk təşkil edir. Kecili və Məzrəsuyal duzləri indi müasir texnika ilə becərilir. Bu duzlərdə yuz hektarlarla sahələrdə taxıl əkilir. Qalan sahələrdən bicənək və məhsuldar otlaqlar kimi istifadə edilir. Keçili düzündə 300 hektaradək əlverişli relyefə malik olan, lakin istifadə edilməyən münbit torpaq sahəsi vardır. Həmin sahələr su ilə təmin edilərsə, xaşa, kartof əkmək və ya meyvə bağları salıb bol məhsul götürmək olar.

Keçili kəndi ölkə üzrə təbii fəlakətlər baş vermə ehtimalı olan ərazilərdəndir. Belə ki, burada 2011-ci ilin may ayında torpaq sürüşməsi nəticəsində 12-dən çox mənzilə zərər dəymişdir. Təbii fəlakətlərin fəsadları aradan qaldırıldıqdan sonra qəzalı evlərin yerinə yenisi tikilib sakinlərə təhvil verilmişdir. Külüs və Keçili kəndləri arasında yeni yaşayış məntəqəsi salınmış və ərazi “Yeni Keçili” adlandırılmışdır. Ümumiyyətlə, mənbələrdə keçili toponimi keçi saxlanan yer kimi izah edirlər. Əslində isə Keçililər Kəngərlilərin bir qolu olmaqla etnotoponimdir.

Keçili kəndində 1.702 nəfər (2005-ci ilin statistik məlumatına əsasən) türk dilli oğuzlar yaşayır. Keçili kəndində 6 tayfa yaşayırdı.

  • Hacılı tayfası - 40 ailəni,
  • Əşkaflı tayfası - 30 ailəni,
  • Sofulu tayfası - 20 ailəni,
  • Alməmmədli tayfası - 30 ailəni,
  • Zeynalxanlı tayfası - 17 ailəni
  • Qızıllı tayfası - 12 ailəni birləşdirirdi.
  • Hacı Ələkbər tayfası 12 ailəni birləşdirir.

Keçili kəndində əhali kənd təsərrüfatı ilə heyvandarlıqla,quşçuluqla, arıçılıqla, meyvə-tərəvəz əkməklə məşğul olurlar. Kənd əhalisinin bir qismi dülgərliklə də məşğul olur.

Keçilidə Çınqıllı.jpg

Çınqıllı bulaq suyu

[redaktə | mənbəni redaktə et]

Çınqıllı-Təbii Bulaq Suyu.Çınqıllı bulağının sərin suyu, ərazidəki Siçanlı dağın ətəyindən çıxaraq borularla bir hissəsi kəndin içərilərinə çəkilmişdir. Özünəməxsus təbiəti və təbii sərvətləri ilə seçilən Şahbuz dağları, onun bir qolu olan Keçili kəndində təbiətin gözəlliyi, dağlardakı vüqarlılıq, göz oxşayan mənzərələr, göz yaşı kimi büllur bulaqlar Keçili kəndini nəinki Azərbaycanda, keçmiş SSRİ-də, İranda, Türkiyədə məşhur edən Çinqılllı bulağı öz keyfiyyətinə görə seçilirdi. Çınqıllı suyu çox yüngül, içildikdə köp yaratmayan, ərp əmələ gətirməyən ( əksinə əsrpi əridən ) organizmdən şılaqları ( yığıntıları) təmizləyən, susuzluğu tez aradan qaldıran, böyrək daşlarını əridən, bir sözlə insan organizminə çox faydalı elementlərdən ibarət olan təbii bulaq suyudur.Şahbuz rayonunun Keçili kəndində müasir avadanlıqlarla təchiz olunmuş “Çınqıllı-Bulaq”MMC. 07.01.2009-cu ildə təsis olunmuş böyük bir zavod tikərək istehsalata verildi. Su, zavodda bütün gigiyena qaydalarına əməl olunaraq qablaşdırılır.

Kənddə bütün evlər qazlaşdırılmış, elektrik enerjisinin fasiləsiz verilişi təmin edilmişdir. Kənd təsərrüfatı ilə məşğul olan sakinlərə kreditlər verilir, fərdi təsərrüfat sahələri genişləndirilir. Keçili kəndində xidmət mərkəzi, həkim ambulatoriyası, məktəb, kitabxana, xəstəxana və digər sosial infrastruktur obyektlər tikilərək istifadəyə verilmiş, kənddə bir sıra abadlıq işləri aparılmış, rabitə və elektrik xətləri dəyişdirilmişdir.Külüs-Keçili avtomobil yolu təmir edilmişdir. Həyata keçirilən bu tədbirlər sakinlərin rahat yaşamasına, gündəlik məişət tələbatlarının vaxtında ödənilməsinə şərait yaratmışdır. Kəndin ərazisində baş vermiş sürüşmə nəticəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evləri sörülərək kənd sakinlərinə yeni evlər tikilərək təqdim edilmişdir.

Tarixi abidələr

[redaktə | mənbəni redaktə et]

Keçili kəndində Pir yeri okean səviyyəsindən 2.600 metr yüksəklikdə Şahbuz rayonunun Keçili kəndi ərazisindədir. Rayon mərkəzindən həmin kəndə 20 km-lik məsafədə asfalt yol uzanır. Keçili kəndindəki qəbirüstü daşlarda qədim mixi xətti ilə yazılar Eramızdan əvvəl III-II minilliklərdən qalmış hələ də tarixçi etnoqrafları maraqlandırır. Əraziyə gələn ilk Sofulu tayfasından olanlar ovçuluqla məşğul olaraq, dağ və köfşənlərdə müxtəlif pirləri yaratmışlar.Keçili əhalisi uzunömürlü olmaqla ərazidə üç qəbrstanlıqdan biri orta əsrlərdən qalmadır. Kəndin mərkəzindəki qədim məscid binasından indi də istifadə olunur.[15] Kəndin mərkəzində sıldırım qayanın aşağısında (şəlalə yerində) Hovuz piri vardır ki, həmin ziyarətgah nəinki kənddə, rayon miqyasında şöhrət tapmış inanc yerlərindəndir.

  • Hovuzun ziyarətgah piri
  • Duzdagın ziyarətgah piri
  • Tapın piri,
  • Ərəzinmülkü piri,
  • Sultanbudu piri,
  • Yarğanın başı piri,

Ziyalılar və tarixi şəxsiyyətlər

[redaktə | mənbəni redaktə et]

Keçili kəndinin yetirdiyi ziyalıların siyahısında 70-ə yaxın hüquqşunas, onlarla elm adamı, alim, 50-yə yaxın həkim, yüzlərlə müəllim, mühəndis, jurnalist, səfir, diplomat və müxtəlif peşə sahibləri vardır. ABŞ-də, Avropanın bir çox ölkəsində, MDB məkanında xüsusəndə RusiyaQazaxıstanda, o cümlədən Türkiyədə yaşayan Keçillilərin əksəriyyətini ziyalılar təşkil edir. Həmçinin Keçili kəndinin ziyalılarının sırasında çox nadir sayılan peşə sahibləri, gen mühəndisindən kompüter mütəxəssisinə, hətta gəmiçiyə qədər bir çox dəyərli və qiymətli peşə sahibləri vardır.Keçili kəndi haqqında daha geniş məlumatları kəndin tarixindən və müasir həyatından bəhs edən kitablardan öyrənə bilərik .Bu kitabların sırasında Eynalı bəy Sultanovun heykayələr kitabı,Ziya Bünyadovun Qırmızı terror,Güllü Məmmədovanın Qaçaq Quşdan povesti,Sadiq Sadiqovun Tarixin qan yaddaşı oçerklər toplusu ,Dilsuz Dünyamalıyevin Ağrılı talelər povesti ,Həmid Arzulunun Qaçaq Quşdan romanları vardır.

  1. Musa Məhərrəmov (2-ci dünya müharibəsinin iştirakçısı və kəndin ilk ziyalısı)
  2. Qaşdar Əliyev (təbiətşünas alim)
  3. Dilsiz Dünyamalıyev -(əməkdar müəllim )
  4. Hilal Quliyev-(müəllim)
  5. İsa Məhərrəmov- hüquqşünas
  6. Vahid Gülmalıyev-həkim,nevroloq
  7. Qaçaq Quşdan-(30-cu illərdə bolşevik hökumətinə qarşı üsyan edən hərəkatın lideri).
  8. Kalba Süleyman-(həmin hərəkatın başçısı).
  9. Dəli Məhərrəm,Qəni, Kalba Abbas, Fətalı(Keçili qacaq hərəkatında şəhid olan qəhrəmanlar)
  1. Oruc Kərimov- (Tanınmış iqtisadçı,Şair)
  2. Rəsul Cəfərov -(alim)
  3. Sahib Gülmalıyev- (həkim, cərrah)
  4. Eldar Mikayılov -(xalçaçı rəssam)
  5. Qoçəli Dünyamalıyev -(həkim)
  6. Mirzə Əsgərov -(həkim)
  7. Süleyman Abdullayev -(hüquqşünas)
  8. Qasım Məmişov- (hüquqşünas)
  9. Müzəffər Əsgərov-(Naxçıvan MR Dövlət Televiziya və Radio Verlişləri Komitəsinin baş redaktoru)
  10. Məmmədalı Dünyamalıyev- (alim)
  11. İbrahim Gülmalıyev (kəndin ilk orta məktəb müəllimlərindən biri)
  12. Mustafa Cəfərov -(həkim)
  13. Elsəvər Dünyamalıyev- ( Azərbaycan Respublikasının Əməkdar Jurnalisti)
  14. Daşqın Qəmbərov -(alim )
  15. Ülvi Dünyamalıyev -(hüquqşünas)
  16. Mahir Məhərrəmov-( biologiya üzrə fəlsəfə doktoru, dosent)
  17. Qasım Əsgərov- (polis polkovniki)
  18. Mənsur Əsgərov -(İş adamı, “Çınqıllı bulaq MMC-nin rəhbəri)
  19. Hafiz Dünyamalıyev- (hüquqşünas)
  20. Dünyamalı Dünyamalıyev- (həkim)
  21. Cənnət Əliyev (Keçmiş sovet məkanında ilk milyoner,
  22. İntiqam Fətullayev -(kardiocərrah)
  23. Həsən Məmmədov-(Azərbaycanın , Tacikistan Respublikasında səlahiyyətli səfiri)
  24. Uzel Gülmalıyev-(Dövlət Gömrük Komitəsinin Akademiyası adlı yerdə müəllim)
  25. Məhərrəm Məhərrəmov- (əməkdar müəllim)
  26. Dilqəm Məmmədov- rekonstriktiv-plastik cərrah.
  27. Asim Novruzov- Stomatoloq həkim.

Şahbuz rayonunun Keçili kəndində kənd turizminin inkişafı üçün tədbirlər görülür. Öz füsunkar təbiəti, qədim adət-ənənələri və tarixi-mədəni zənginlikləri ilə Şahbuz kəndlərinin bu baxımdan böyük potensialı vardır. Keçilidə yaradılmış müasir infrastruktur, bu kənddə əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, istehsal olunan yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları, yeni tikilmiş villatipli evlər kənd turizminin inkişafı üçün əlverişli imkanlar yaradır. Kənddə istirahət etmək istəyən turistlər üçün minimum şərait yaradılması ilə turizm mövsümü ərzində yaxşı gəlirlər əldə etmək mümkündür. Bu həm ailə büdcəsi gəlirlərinin artması, eyni zamanda Naxçıvan Muxtar Respublikanın tanıdılması baxımından əhəmiyyət kəsb edir.

Kənd yaşıl turizmi və bu sahədə gəlirlərin formalaşdırılması Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin baş məsləhətçisi Əkbər Novruzov turizm ehtiyatlarından istifadə etməklə gəlirlərin formalaşdırılması, əhalinin bu sahədə və gələcəkdə istirahətini kənddə keçirmək istəyən turistlərin sayının artmasına imkan yaradacaq.

Şahbuz rayonunun Keçili kəndinin turizm potensialı Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sabiq İmanov və Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin müdiri Piri Nağıyev Naxçıvan Muxtar Respublikanın kənd turizminin kənd yaşıl turizmi potensialından səmərəli istifadə etməyə böyük köməklik edirlər.

Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova mərkəzin kənd yaşıl turizmin, Şahbuz rayonu kəndlərinin turizm potensialının tanıdılması üçün mərkəzdə geniş informasiya ehtiyatları vardır. Artıq Şahbuz rayonu istiqamətində Naxçıvan-Şahbuz-Batabat və Naxçıvan-Şahbuz-Ağbulaq turist marşrutları işlənilib hazırlanır.

  1. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh
  2. "Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı". 2018-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
  3. Naxcıvan Ensiklopediyası. s.222
  4. Naxçıvan Ensiklopediyası. s.222
  5. Azərbaycan toponimləri. Bakı,1999. s.282.
  6. Передняя Азиe в документах. Кн. I, Нахичеванские рукописные документы. XVII-XIX вв. Тифлис, 1936, с. 44.
  7. Гордлевский А.А. Соч. т. III, с. 109.
  8. Naxçıvan sancağlnln müfəssəl dəftəri, s. 27.
  9. Передняя Азия в документах. Кн. I. Нахичеванские рукописные документы , с. 49.
  10. Еремеев Д.Е. Юрюки. М., 1969, с. 10.
  11. http://serqqapisi.az/index.php/humanitar/m-d-niyy-t/1667-kaendlaerimizin1111-tarikhi-vae-adlar-hazhzh-nda-nae-bilirikəndlərimizin[ölü keçid] tarixi və adları haqqında nə bilirik?
  12. Sadiq Sadiqov Tarixin qan yaddaşı
  13. Ziya Bünyadov Qırmızı terror
  14. Güllü Məmmədova Qaçaq Quşdan
  15. Feyruz Bağırov "Nuh yurduna ziyarət" Naxçıvan-2008 s.50


Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Keçili kəndində yaylaq.jpg