Şərq şorangəsi

Vikipediya, azad ensiklopediya
(Qaba şorangə səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şərq şorangəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir.

Bioloji xüsusiyyətləri

Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri

May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir. Toxumla və vegetativ yolla çoxalır. Aşağı dağ qurşağında gilli-daşlı yamaclarda bitir.

Yayılması

Naxçıvan MR-in Ordubad rayonunda (Dəstə, Kotam kəndləri) yayılmışdır. Azərbaycanda təbii ehtiyatı azdır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

Başlıca olaraq antropogen faktordur.

Qəbul edilmiş qoruma tədbirləri

Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi tövsiyə olunur.

İstinadlar

Həmçinin bax