Qabor Qubadov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qabor Qubadov
mac. Gábor Kubatov
bayraq
Macarıstan Respublikasının Milli Məclisinin üzvü
bayraq2
16 may, 2006 – indiyə kimi
Şəxsi məlumatlar
Doğum tarixi (58 yaş)
Doğum yeri Budapeşt, Macarıstan
Fəaliyyəti siyasətçi
Uşağı 3
kubatovgabor.hu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qabor Qubadov (d: 17 fevral, 1966) — Macarıstan siyasətçisi. Atası azərbaycanlı (Naxçıvan ş., NMR), anası macardır. Macarıstan Respublikasının Milli Məclisində Fides partiyasını 2006-cı ildən təmsil edir.[1] Macarıstan çempionatının yüksək liqası sayılan I milli çempionatında (NB I) çıxış edən məşhur Ferentsvaroş klubunun prezidentidir. Emma, Marsel və Oliviya adında 3 uşağı vardır.

Karyerası

Qabor Qubadov orta təhsilini Peşterjebetdə bitirmişdir. 1997-ci ildə Gödöllö Kənd Təsərrüfatı Elmləri Universitetindən məzun olmuşdur. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışmışdır. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçmüşdür.[2]

2002-ci ildən bəri, Budapeştin XXIII rayonunda Fides partiyasının sədri vəzifəsində işləmişdir.

Qubadov, 2008-ci ildə keçirilən referendumda və 2009-cu ildə keçirilən Macar Avropa parlamenti seçimlərində fəal iştirak etmişdir. Hal hazırda Ferençvaroş klubunun prezidentidir.

İstinadlar

  1. "Register". Országgyűlés. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-10.
  2. "Biography" (PDF). Országgyűlés. 2016-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-09-10.