Qanadmeyvə yalanqoz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qanadmeyvə yalanqoz
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qanadmeyvə yalanqoz
Beynəlxalq elmi adı

Qanadmeyvə yalanqoz - (lat. Pterocary pterocarpa (Michx.) Kunth. ex I. Iljinsk) Qozçiçəklilər – (Juglandaceae A.Rich. ex Kunth)  fəsiləsinə aid bitki növüdür. [1]

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. [2]

Qısa morfoloji təsviri

Əlverişli bitmə şəraiti boyu 30 m-ə və diametri 200 sm -ə çatan ağacdır. Gövdəsi sıx və çox düz olmayan çətirə malikdir. Yarpaqları mürəkkəb, tək lələkvaridir, üstü tünd-yaşıl, alt tərəfi isə açıq-yaşıldır, yarpaq sağlağı çılpaq və dəyirmidir. Erkəkcik çiçəkləri zoğun aşağı hissəsində sallaq sırğa şəklində, tökülən pulcuqların qoltuğunda yerləşir. Hər bir sırğada erkəkcikləri 9-18 ədəddir, çiçək yanlığı 3-6 dilimlidir. Dişicik çiçəkləri nisbətən uzun sallaq sırğadan düzülmüş , 40 və daha artıq çiçəkdən ibarətdir. Meyvələri iki qanadlı dərivari çəyirdəkmeyvədir, diametri 1 sm-ə qədərdir. [3] [4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Mart –aprel aylarında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Tozlanması anemofildir. Toxum və vegetativ yola çoxalır. Çay yataqlarının aşağı sahəsində. Dərələrlə dəniz səviyyəsindən 1000-1200 m yüksəkliyə qədər qalxır. Xəzər lələyi, dəmirağacı və s. Elementlərlə birlikdə müxtəlif meşə tipi əmələ gətirir. Rütubətliliyi artıq olan sahələrdə təmiz yalanqoz meşələrini təşkil edir. Alazan-Həftəran vadisində (Böyük Qafqazın mərkəzi hissəsində) yalanqoz saqqallı qızılağac, məxməri ağcaqayın, Qafqazı xurması və s. Növlərlə qarışıq bitir. Daha çox ehtiyatı Lənkərançayın sağ qolu olan Ləkərçay boyunda qalmışdır. Burada yalanqoz yuxarı sıxlıqlı və yüksək bonitetli meşələr əmələ gətirir. Dekorativdərman bitkisidir. [3] [4] [5]

Mənşəyi və yayılması

Qanadmeyvə yalanqoz qədim meşə coğrafi tipinin kolxid sinfinin kolxid-hirkan qrupuna aiddir. Relikt növdür. Şərqi Türkiyə, İran və Qafqazda yayılmışdır. Azərbaycanda qanadmeyvə yalanqoz Böyük Qafqazın qərb rayonlarında və Quba massivində, Talışda və Alazan-Həftəran vadisində arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.[6]

Kimyəvi tərkibi

Kumarin, flavonoid, C vitamini, karotin, aşı maddələri və fenolkarbon turşuları ilə zəngindir.[6]

İstifadə formaları

Tinktura, cövhər və dəmləmə.[6]

Təsiri və tətbiqi

Xalq təbabətində mədə, dəri, skrofulyoz, difteriya xəstəlikləri və ishal zamanı istifadə olunur. Antihelmint, tərlədici və insektisid təsirə malikdir.[6]

İstifadə olunan hissələri

Müalicə məqsədi ilə bitkinin qabığı, kökləri, yarpaqları istifadə edilir.[6]

Sayı və tendensiyası

Poplyasiyanın sayı azalır. Antropogen təsirlər növün azalmasını kəskin şəkildə sürətləndirir. [7]

Məhdudlaşdırıcı amillər

Antropogen amillərdir (Meşə torpaqlarının əkin üçün istifadə edilməsi, ağacların qırılması və otarılma).

Mühafizə tədbirləri

Hirkan Milli ParkındaZaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur.

Sinonimləri

Juglans fraxinifolia Poir.

Juglans pterocarpa Michx.

Pterocarya fraxinifolia (Poir.) Spach

İstinadlar

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı-2013.
  2. http://redbook.az/?options=project&id=Qanadmeyv%C9%99%20yalanqoz[ölü keçid]
  3. 1 2 Azərbaycanın ağac və kolları, 1964
  4. 1 2 Səfərov İ.S., Əsədov K.S., 1984
  5. Mehdiyeva N.P., 2011
  6. 1 2 3 4 5 Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi». Bakı, 2011
  7. Fərzəliyev V.S., Məmmədov T.S., Mehdiyeva N.P. , 2013