Qanadmeyvə yalanqoz - (lat. Pterocary pterocarpa (Michx.) Kunth. ex I. Iljinsk) Qozçiçəklilər – (Juglandaceae A.Rich. ex Kunth) fəsiləsinə aid bitki növüdür. [1]
Qanadmeyvə yalanqoz | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qanadmeyvə yalanqoz |
||||
Beynəlxalq elmi adı | ||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. [2]
Əlverişli bitmə şəraiti boyu 30 m-ə və diametri 200 sm -ə çatan ağacdır. Gövdəsi sıx və çox düz olmayan çətirə malikdir. Yarpaqları mürəkkəb, tək lələkvaridir, üstü tünd-yaşıl, alt tərəfi isə açıq-yaşıldır, yarpaq sağlağı çılpaq və dəyirmidir. Erkəkcik çiçəkləri zoğun aşağı hissəsində sallaq sırğa şəklində, tökülən pulcuqların qoltuğunda yerləşir. Hər bir sırğada erkəkcikləri 9-18 ədəddir, çiçək yanlığı 3-6 dilimlidir. Dişicik çiçəkləri nisbətən uzun sallaq sırğadan düzülmüş , 40 və daha artıq çiçəkdən ibarətdir. Meyvələri iki qanadlı dərivari çəyirdəkmeyvədir, diametri 1 sm-ə qədərdir. [3] [4]
Mart –aprel aylarında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Tozlanması anemofildir. Toxum və vegetativ yola çoxalır. Çay yataqlarının aşağı sahəsində. Dərələrlə dəniz səviyyəsindən 1000-1200 m yüksəkliyə qədər qalxır. Xəzər lələyi, dəmirağacı və s. Elementlərlə birlikdə müxtəlif meşə tipi əmələ gətirir. Rütubətliliyi artıq olan sahələrdə təmiz yalanqoz meşələrini təşkil edir. Alazan-Həftəran vadisində (Böyük Qafqazın mərkəzi hissəsində) yalanqoz saqqallı qızılağac, məxməri ağcaqayın, Qafqazı xurması və s. Növlərlə qarışıq bitir. Daha çox ehtiyatı Lənkərançayın sağ qolu olan Ləkərçay boyunda qalmışdır. Burada yalanqoz yuxarı sıxlıqlı və yüksək bonitetli meşələr əmələ gətirir. Dekorativ və dərman bitkisidir. [3] [4] [5]
Qanadmeyvə yalanqoz qədim meşə coğrafi tipinin kolxid sinfinin kolxid-hirkan qrupuna aiddir. Relikt növdür. Şərqi Türkiyə, İran və Qafqazda yayılmışdır. Azərbaycanda qanadmeyvə yalanqoz Böyük Qafqazın qərb rayonlarında və Quba massivində, Talışda və Alazan-Həftəran vadisində arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.[6]
Kumarin, flavonoid, C vitamini, karotin, aşı maddələri və fenolkarbon turşuları ilə zəngindir.[6]
Tinktura, cövhər və dəmləmə.[6]
Xalq təbabətində mədə, dəri, skrofulyoz, difteriya xəstəlikləri və ishal zamanı istifadə olunur. Antihelmint, tərlədici və insektisid təsirə malikdir.[6]
Müalicə məqsədi ilə bitkinin qabığı, kökləri, yarpaqları istifadə edilir.[6]
Poplyasiyanın sayı azalır. Antropogen təsirlər növün azalmasını kəskin şəkildə sürətləndirir. [7]
Antropogen amillərdir (Meşə torpaqlarının əkin üçün istifadə edilməsi, ağacların qırılması və otarılma).
Hirkan Milli Parkında və Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur.
Pterocarya fraxinifolia (Poir.) Spach