Qarabağ astrakantası

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qarabağ astrakantası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qarabağ astrakantası (lat. Astracantha karabaghensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü.

Təbii yayılması

İlk dəfə Azərbaycanda Qarabağda müşahidə edilmişdir. Naxçıvanda, Şərqi Anadoluda və Şimali-Qərbi İranda yabanı halda yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 20-30 sm olan, iynəli, yastıqvari, şaxələnmiş, çoxbudaqlı kolcuqdur. Yarpaqların uzunluğu 4-6 sm, xırda yarpaqcıqları 6-9 cüt, 2-6 sm uzunluğunda, 1–2 mm, enində çılpaqdır. Çiçəkləri qoltuq dəstələrdə yerləşir, başcıq çiçək qruplarının diametri 2,5-3,0 sm-dir. Kasacığı uzun tükcüklərlə örtülmüşdür; dişcikləri tükcüklü, borucuqdan uzundur. Çiçək tacı parlaq çəhrayıdır; bayraqcığın lövhəsi qulaqlı deyil, tədricən daralır. İyuldan sentyabradək çiçəkləyir, meyvəsi avqustdan sentyabradək yetişir.

Ekologiyası

İstiyə, quraqlığa davamlıdır. Dağların yuxarı zolağında, dəniz səviyyəsindən 1800–2300 m hündürlükdə, quru, daşlı və gilli yamaclarda, çöllərdə və çəmənlərdə bitir.

Azərbaycanda yayılması

Qarabağ gəvəni Azərbaycanın Kiçik Qafqaz və Naxçıvan Muxtar Respublikamizda dağların aşağı, orta qurşaqlarında, daşlı-kəsəkli və gilli yamaclarda yayılmışdır.

İstifadəsi

Tərkibində qatran vardır. Yaşıllaşdırmada istifadəsi öyrənilməmişdir. Heyvanlar üçün yemlikdir.

İstinadlar

Həmçinin bax