Qaragözlü oymağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Bu məqalə Qaragözlülər məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

Qaragözlü oymağıBəydili boyunun Şamlı elinin oymağı. Əsasən Həmədan əyalətinin ətrafında yaşayırlar. Qacarlar dövründə bu əyalətə Qaragözlü oymağından çıxan hakimlər başçılıq edirdilər. Qaragözlü oymağının Hacılı, Aşıqlı və başqa tayfaları var. Oymağın bir çox şəxsiyyətləri İranın ictimai-siyasi həyatında mühüm rol oynayıblar.

Bu oymağının nümayəndələrindən Hacı Abdulla xan Qaragözlünün, Hacı Məhəmməd xan Qaragözlünün, Həsən xan Qaragözlünün, Məhəmmədhüseyn xan Qaragözlünün, Əbülqasım xan Qaragözlünün, Hacı Məhəmmədcəfər Məczubun və başqalarının adı məlumdur.

Qaragözlü oymağının adı ilə bağlı Azərbaycanda toponimlərə rast gəlinir.

Hacı Məhəmməd xan Qaragözlü bu oymağın bir tirəsini Qaradağ vilayətində yerləşdirmişdi.

Mənbə

  • Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" elmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.

Xarici keçidlər

Həmçinin bax