Qaranquş yuvası (Krım)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qaranquş yuvası
ukr. Ластівчине гніздо
Xəritə
44°25′50″ şm. e. 34°07′42″ ş. u.
Ölkə  Ukrayna
Yerləşir Krım
Memar Leonid Şervud
Tikilmə tarixi 1911-1912-ci illər
Üslubu Neoqotika
Rəsmi sayt замок-ласточкино-гнездо.рф
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaranquş Yuvası (ukr. Ластівчине гніздо, Lastivchyne hnizdo, rus. Ласточкино гнездo, Lastochkino gnezdo, krımtat. Къарылгъач ювасы, Qarılğaç yuvası), Krımın Gaspra qəsəbəsində yerləşən dekoraativ bir qaladır. 1911–1912-ci illərdə 40 m yüksəklikdə olan Aurora yamacının üstündə tikilmişdir. Rusiyalı memar Leonid Sherwood tərəfindən neoqotika tərzində tikilmişdir.

Tarixi

Aurora yamacındakı ilk bina rus bir general üçün 1895-ci ildə tikilmişdir.[1] "Eşq Qalası" adını alan bina taxtadan hazırlanmışdı.[2] Daha sonra bu mülk Rus çarının şəxsi həkimi A. K. Tobinin əlinə keçdi.

Bakı neftini çıxardaraq gəlir əldə edən alman Baron Von Şteyngel 1911-ci ildə binanı aldı və hazırkı binanı inşa etdirdi.[1] 1914-cü ildə binanı restoran kimi istifadə etmək şərtilə P. G. Şelaputinə satdı. Rus İnqilabından sonra bina yalnız turistik məqsədlə istifadə edildi. 1927-ci ildə 6–7 bal gücündə baş verən zəlzələ baş verdi. Binaya heç bir zərər dəymədi, lakin binanın yerləşdiyi yamacda çatlar əmələ gəldi. 1930-cu illərdə bina kitab oxumaq üçün klub kimi istifadə edildi. Təhlükəsizlik tədbirlərini əsasə gətirərək, bina xalqın üzünə qapılarını 40 illik bağladı. 1968-ci ildə binada təmir işlərinə başladılar.[3] 1975-ci ildən bina restoran kimi fəaliyyət göstərir.[4] 2011-ci ildə bina yenidən 3 aylıq təmir işləri ilə əlaqədar olaraq bağlanmışdır.

Xarici keçidlər

İstinadlar

  1. 1 2 https://web.archive.org/web/20140228105517/http://www.lastochka.com.ua/html/history1.html
  2. "Arxivlənmiş surət". 2017-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
  3. "Arxivlənmiş surət". 2017-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-05.
  4. "Arxivlənmiş surət". 2018-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-01.