Qarbis Zakaryan

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qarbis Zakaryan
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 2 iyun 1930(1930-06-02)
Doğum yeri
Vəfat tarixi 25 yanvar 2020(2020-01-25) (89 yaşında)
Vəfat yeri
Dəfn yeri
İdman növü boks


Qarbis Zakaryan (2 iyun 1930, İstanbul25 yanvar 2020, İstanbul) — Türkiyənin ilk peşəkar boksçusu, erməni əsilli idmançı.

Həyatı

İstanbulda doğulmuş Zakaryan Türkiyənin 50-ci və 60-cı illərdə rinqlərdə bir-birinin ardınca yalnız qələbə qazanmış ilk peşəkar boks idmançısı hesab olunur. 1949-cu ildə Türkiyə və İspaniya arasında keçirilmiş boks yarışında idman forması geyinmiş Zakaryan daha sonra 1950-ci ildə Almaniyadan tutmuş, Argentina, Misir, Livan, Fransa, Braziliya kimi ölkələrdə Türkiyənin idman şərəfini qoruyub. 1964-ci ildə isə o, Yaxın Şərq çempionu olub. 22 il idman karyerası yaşamış Zakaryan peşəkar olaraq 51 dəfə pinqə çıxıb. 1966-cı ildən təqaüdə çıxaraq məşqçiliyə başlayıb. Avropa çempionu Camal Kamaçi onun yetirməsidir. Zakaryan italyan əsili xanımı Esiliya ilə hazırda Sislidə qocalıq həyatını yaşayır[1].

İstinadlar

  1. ""Məni türk bayrağında dəfn edin"". 2010-01-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-07.