Qaya mürdəşəri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qaya mürdəşəri
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qaya mürdəşəri (lat. Frangula rupestris) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü.

Təbii yayılması

Dünyanın bir sıra ölkələrində yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 1 m-dək olan, nahamar, tünd boz rəngli, çox budaqlanan gövdəli, az mərciməkli, sürünən koldur. Yarpaqları möhkəm yarımdərili, parlaq yaşıl, üstü tutqun, alt tərəfi açıq yaşıl, enli-oval, enli əks-yumurtavaridən uzunsov-ovaladək dəyişir, uzunluğu 1,5-5 sm, eni 1-4 sm, qısa, ucu biz, bünövrəsi yumru, 7-10 cüt çox çıxan damarcıqlıdır. Yarımçətirləri mürəkkəb çiçəkləri, 2-10 ədəd olmaqla uzun çiçək saplağında yerləşir. 1-2 ədəd çiçək altlığı vardır. Çiçəkləri yumru, uzunluğu 0,25-0,3 sm olub, üstü açıq yaşıl və ya sarımtıl, içərisi sarıdır. Meyvələri əvvəlcə qırmızı, sonradan bənövşəyi-qara rəng alır. May-iyunda çiçəkləyir, avqust-sentyabrda meyvə verir

Ekologiyası

İstisevən bitkidir, rütubətə və küləyə davamlıdır.

Azərbaycanda yayılması

Abşeronda, Gəncədə, Qəbələdə mədəni şəraitdə həyatyanı sahələrdə, park və bağlarda rast gəlinir.

İstifadəsi

Yaşıllşdırmada canlı çəpərlərin salınmasında, hasaryanı ərazilərdə əkilməsi məqsədəuyğundur.

İstinadlar

Həmçinin bax