Qoldşmidtin fazalar qaydası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Qoldşmidtin fazalar qaydası - tarazlıq vəziyyətində eyni vaxtda mövcud olan mineralların sayı ilə süxuru təşkil edən sərbəst komponentlərin sayı arasında asılılıq qanunauyğunluğu. Qoldşmidtin fazalar qaydası qısa ifadəsi belədir: "İstənilən təzyiqtemperaturda n sayda komponentdən n-dən artıq mineral sabit müvazinət halında birgə mövcud ola bilməz". Qoldşmidt bu qaydanı qapalı sistemlərə aid etmişdir.

Həmçinin bax

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679