Qoldşmidtin fazalar qaydası - tarazlıq vəziyyətində eyni vaxtda mövcud olan mineralların sayı ilə süxuru təşkil edən sərbəst komponentlərin sayı arasında asılılıq qanunauyğunluğu. Qoldşmidtin fazalar qaydası qısa ifadəsi belədir: "İstənilən təzyiq və temperaturda n sayda komponentdən n-dən artıq mineral sabit müvazinət halında birgə mövcud ola bilməz". Qoldşmidt bu qaydanı qapalı sistemlərə aid etmişdir.