Qonur quşarmudu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qonur quşarmudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qonur quşarmudu (lat. Sorbus subfusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.

Təbii yayılması

Rusiya (Dağıstan), Gürcüstan, İran və Türkiyədə arealları vardır. İlk dəfə Gürcüstanda təsvir edilib.

Botaniki təsviri

Təbii arealında hündürlüyü 8-10 m-ə çatan ağac və ya koldur. Yarpaqlarının kənarları ikiqat, bəzən də dərin dişlidir. Ucu sivriləşmiş, qaidəyə doğru isə dairvi və ya pazşəkilli olub, tərsinə yumurtavarı və ya ellipsvarıdır. Kasacığı keçə tükcüklü və kütdişlidir. Meyvəsi kürəvarı xırda olub, əvvəl qırmızı, sonralar tünd-göyümtül rənglidir.

Ekologiyası

Yuxarı və orta dağ qurşaqlarında fıstıq meşələrində, seyrək meşələrin kənarlarında dəniz səviyyəsindən 2000 m-ə qədər yüksəklikdə, qayalıq yerlərdə və meşə kənarlarında seyrək halda təsadüf edilir.

Azərbaycanda yayılması

Şərqi Böyük Qafqazda, Şimali və Cənubi Kiçik Qafqazda (Quba rayonu) Şamaxı, İsmayıllı, Naxçıvan MR-də, Gədəbəy və Kəlbəcər rayonlarında rast gəlinir.

İstifadəsi

Dekorativ bitkidir. Yaşıllaşdırmada istifadəsi tövsiyə olunur.

İstinadlar

  1. The Plant List (ing.). 2010.

Həmçinin bax