Qrafik rejim

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kompüter ekranının standartları cədvəli

Qrafik rejim - (ing. graphics mode, rus. графический режим) - IBM PC-uyumlu kompüterlərdə: displeyin ekranında xətlərin və simvolların piksel-piksel çəkildiyi iş rejimi. Qrafik rejimdə görüntülər ekranda ayrı-ayrı nöqtələrdən qurulduğundan o, mətn rejiminə (TEXT MODE) nisbətən geniş rəsm imkanları verir. Belə ki, siçanın göstəricisi, sadəcə, yanıb-sönən düzbucaqlı və ya cizgi şəklində deyil, ox və ya başqa formada ola bilər; bundan başqa, yarımqalın və ya kursiv atributlu simvolları şərti işarələrlə (altdan işıqlanma, altdan xətçəkmə və ya hərfin rəngini dəyişdirmə) deyil, onların çapda görsənəcəkləri şəkildə göstərilə bilər.



Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.