Qranit qatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Qranit qatı (rus. гранитный слой, ing. granite layer) — materik tipli yer qabığı qatlarından birinin şərti adı; bazalt qatı ilə çökmə süxur qat arasında yerləşib, seysmik məlumatlara əsasən ayrılmışdır. Bazalt qatdan Konrad səthi ilə ayrılır. Platformaların kristallıq qalxanlarında (məs: Baltik qalxanı) və qırışıqlıq vilayətlərin mərkəzi hissələrində səthə çıxır. Q.q. metamorfik süxurlardan, əsasən, qranit və qneyslərdən ibarətdir; materik tip yer qabığı üçün səciyyəvidir. Qalınlığı 5–15 km-ə çatır. Bax: Yer qabığı.[1]

Həmçinin bax

İstinadlar

  1. Qranit qatı // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 172. ISBN 978-9952-453-14-0.