Rəşidəssultan Xalxali

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rəşidəssultan Xalxali
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi

Rəşidəssultan Hüseynqulu xan oğlu Xalxali (?-1918)—İran Mücəzat Komitəsinin üzvü, polkovnik.

Həyatı

Rəşidəssultan Hüseynqulu xan oğlu Xalxal şəhərində anadan olmuşdu. Hərbi məktəb bitirmişdi. İran Kazak diviziyasında xidmət etmişdi.

1916-cı ildə İbrahim xan Münşizadənin təşəbbüsü ilə ölkənin xainlərindən intiqam almaq ucun "Cəza komitəsi" təskil olundu.

Sonralar bu komitəyə Məmmədnəzər хan Mişkətülməmalik, Kərim Dəvatgər, dövlət buğda anbarının rəisi Mirzə İsmayıl хan Şirazi, Hüseyn Lələ, Ehsanulla xan Dustdar, yazıçı Mirzə Ələkbər Ərdaği, хəttat Hüseyn İmadulküttabHacı Zaman xan Kürdüstani Bahadurüssəltənə də daхil oldular.

Komitə üzvləri əvvəlcə məmləkətə xəyanət edənləri və anqlofilləri aradan göturməyə başladılar. Komitəyə təsadufi, mənfəətgudən tamahkarlar daxil olduqda komitənin butun sirləri acıldı.

Hacı Zaman хan Kürdüstani komitənin bütün sirlərini açdı onun hiyləsilə Komitə uzvləri Kürdustana, Bani səhərinə surgun olundular, 9 ay zindanda qaldıqdan sonra azad edildilər.

Komitə üzvlərinin vasitəsilə əhalini soyub-talayan bir neçə nəfər öldürüldü. Bu vaхt Kərim Dəvatgər komitənin sirlərini açmaq fikrinə düşdü. 3 aprel 1917-ci ildə Rəşidəssultan Seyid Murtuza ilə birlikdə satqın Kərim Davətgəri cəzalandırmışdı.

1918-ci ildə Həsən Vüsuq (Vüsuquddövlə) Baş nazir təyin olundu və dərhal "Cəza komitəsi"nin butun üzvülərini həbs etdi. Hüseyn Lələni və Rəşidüssultanı dar ağacından asdılar.

Mənbə

  • Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər