İbrahim xan Kərim xan oğlu Münşizadə (1878-1918) — İran kazak diviziyasının polkovniki.
İbrahim xan Münşizadə | |
---|---|
Mirzə İbrahim xan Kərim xan oğlu Münşizadə | |
Doğum tarixi | |
Doğum yeri | İrəvan |
Vəfat tarixi | |
Vəfat yeri | Damğan |
Vəfat səbəbi | güllə yarası[d] |
Fəaliyyəti | zabit |
Komitənin təskilatcılarından biri olan polkovnik İbrahim xan Munsizadə 1878-ci ildə İrəvanda anadan olmusdur. Onun atası Kərim xan Munsiyev İranda yaradılmıs Kazak divizyasının zabitlərindəndir.
Nasirəddin şah Qacar Avropaya 3-cu səfərindən qayıdarkən Kərim xan Munsiyev sahdan xahis edir ki, ona İran vətəndaslığını qəbul edib İrana gəlməsinə icazə versin. Sah bu xahisi qəbul etmisdi. Munsizadənin babası Mirzə Məhəmməd munsi olduğu ucun İrəvanda onların soyadı Munsiyev idi. İrana muhacirət etdikdən və İran vətəndaslığını qəbul etdikdən sonra Munsiyev kəlməsi Munsizadə ilə əvəz olunmusdur. Kərim bəy 1889-cu ildə 11 yaslı oğlu İbrahimlə Tehrana gəlmis və kazak diviziyasında xidmət etməyə baslamısdır. Ondan sonra İbrahim xan da kazak dəstəsinə daxil olmuşdur. Ata-oğul xidmət etdikləri muddətdə həmisə rus əsgərlərindən narazı olmuslar. Rus zabitləri də onların hərəkətlərini izləyirdilər və onlardan subhələnirdilər.
Polkovnik Munsizadə 1907-ci ilin əvvəllərində dostu və həmkarı general Əsədulla xan Əbülfətzadə ilə birlikdə kazak divizyasındakı xidmətindən kənarlasdırıldı. Onlar məsrutəcilərə qosuldular. Məsrutə inqilabı qələbə caldıqdan sonra, Munsizadə olkədə muxtəlif vəzifələrdə xidmət etmisdir. O cümlədən 1910-cu ildə Firuzkuhda və basqa yerlərdə polis rəisi isləmisdir.
1916-cı ildə Munsizadənin təsəbbusu ilə olkənin xainlərindən intiqam almaq ucun "Cəza komitəsi" təskil olundu. Komitə onun gostərisi ilə fəaliyyət gostərirdi. Onun üzvləri əvvəlcə məmləkətə xəyanət edənləri və anqlofilləri aradan götürməyə basladılar. Komitəyə təsadufi, mənfəətgüdən tamahkarlar daxil olduqda komitənin butun sirləri acıldı. Komitə uzvləri Kurdustana, Bani səhərinə surgun olundular, 9 ay zindanda qaldıqdan sonra azad edildilər. Lakin həmin il, yəni 1918-ci ildə Həsən Vusuq (Vusuquddovlə) Baş nazir təyin olundu və dərhal "Cəza komitəsi"nin bütün üzvlərini həbs etdi. Komitə uzvləri dar ağacından asıldılar. Genaral Əsədulla xan Əbulfətzadə və polkovnik İbrahim xan Munsizadə zahirən Xorasan tərəfdə olan Kelata surgun edildilər. 1918-ci ilin sentyabr ayında yolda ikən Vusuquddovlənin tapsırığı ilə Simnanla Damğan arasında gullələndilər.