Rəbiqə Nazimqızı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rəbiqə Nazimqızı
Rəbiqə Nazim qızı Zeynalova
Doğum tarixi 5 noyabr 1979(1979-11-05) (44 yaş)
Doğum yeri
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti
İxtisası filoloq
rabiga-nazimqizi.blogspot.com

Rəbiqə Nazim qızı Zeynalova (5 noyabr 1979, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist.

Həyatı

Rəbiqə Nazimqızı 1979-cu il noyabrın 5-də Bakı şəhərində anadan olub. 263 saylı Bakı şəhər tam orta məktəbindən məzun olub.

Təhsili

1995–1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 2006–2008-ci illərdə həmin fakültənin magistratura pilləsini ədəbiyyat ixtisası üzə bitirib.

Fəaliyyəti

1998-ci ildən qəzet, jurnal, sayt və onlayn televiziyalarda müxbir, tərcüməçi və redaktor kimi çalışıb. 2006-cı ildən etibarən Rəbiqə Nazimqızı imzası ilə şeirlər yazmağa başlayıb. Hazırda Azərbaycan Dövlət Tərcümə Mərkəzində dil mütəxxəsisi vəzifəsində fəaliyyət göstərir.

Şeir kitabları

2008-ci ildə "Sənə qədər" adlı şeirlər kitabı çap olunub.[1]

2013-cü ildə "Yazıçı" nəşriyyatında "Epizodik sevgilər" adlı şeirlər kitabı çapdan çıxıb.[2] [3]

2020-ci ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzində "Çətirlərin qiyamı" adlı kitabı nəşr olunub.[4] [5] [6]

Tərcümələri

2014-cü ildə onun tərcüməsində "Rixard Vaqner. Mənim həyatım" memuarı (Qismət Rüstəmovla birlikdə);[7]

2015-ci ildə "ATV Kitab" layihəsi çərçivəsində Avqust Strindberqin "Tənha" romanı onun tərcüməsində "Parlaq İmzalar" nəşriyyatında nəşr olunub.[8]

Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamına əsasən, çap olunan 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" (DƏK) seriyasından Romen Rollanın "Seçilmiş əsərləri" (2016) və Elias Kanettinin "Korlaşma" əsəri (2018) onun tərcüməsində işıq üzü görüb.

İstinadlar

  1. ""Rəbiqə Nazimqızının ilk kitabı işıq üzü gördü"" (az.). www.yarpaq.az. 2008-09-06. İstifadə tarixi: 2021-03-26.
  2. ""Rəbiqənin "Epizodik sevgilər"i- Fotolar"" (az.). www.525.az. 2013-05-29. İstifadə tarixi: 2021-03-26.
  3. ""Epizodik sevgilər"ə təqdimat "" (az.). www.qaynarinfo.az. 2013-05-27. İstifadə tarixi: 2021-03-27.
  4. ""Rəbiqə Nazimqızıdan yeni kitab"" (az.). www.kulis.az. 2020-04-30. 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
  5. ""Çətirlərin qiyamı" nəşr edildi"" (az.). www.manera.az. 2020-04-30. İstifadə tarixi: 2021-03-27.
  6. ""Rəbiqə Nazimqızı ilə "Çətirlərin qiyamı"nda"" (az.). www.qadinkimi.com. 2020-05-19. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.
  7. ""Bakıda alman bəstəkarı Rixard Vaqnerin "Mənim həyatım" kitabının təqdimatı keçirilib"" (az.). www.apa.az. 2014-04-04. İstifadə tarixi: 2021-03-26.
  8. ""Strindberqin "Tənha" romanı Azərbaycan dilində "" (az.). www.kulis.az. 2015-12-09. 2016-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.

Xarici keçidlər