Tənha — Avqust Strindberqin romanı.
Tənha | |
---|---|
| |
Müəllif | Avqust Strindberq |
Janr | Avtobioqrafiya |
Orijinalın dili | İsveç dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1903 |
Tərcüməçi | Rəbiqə Nazimqızı |
Rəssam | Azər Əsgərzadə |
Tərtibat | İsmayıl Süleymanlı |
Seriya | ATV Kitab |
Nəşriyyat | Parlaq İmzalar |
Səhifə | 140 |
ISBN | ISBN 978-9952-82-89-1-7 |
“Tənha” romanı Strindberqin mənəvi axtarışlarının nəticəsidir. Yazıçının özü bu əsəri avtobioqrafik romanları sırasına aid edir. Əsərdə müəllifin həyatının bir dövrü, özü də onun həyatında tez-tez rast gəlinməyən harmonik bir dövrü əks olunub. Yazıçı elə bir reallıq və adamların dövrəsindədir ki, ruhi-mənəvi böhrandan xilas olur, onu zəncirləyən problemlərdən uzaqda dayana bilir. Tənhalıq burada adamlardan zahiri təcrid kimi anlaşılmır, əksinə, varlığın mənası ilə bağlı axtarışların tarıma çəkdiyi şüurun dərin qatlarına başvurmanı ehtiva edir.
“Tənha” romanı Hamsunun “Aclıq” və “Misteriyalar”, Hessenin “Yalquzaq” kimi romanları ilə bir sırada dayanır, Avropa nəsrinin bu mənada şedevrlərindən hesab edilir.
Roman ATV Kitab layihəsi çərçivəsində Rəbiqə Nazimqızı tərəfindən rus dilindən azərbaycan dilinə tərcümə olunmuş və 2015-ci ildə Parlaq İmzalar nəşriyyatı tərəfindən Bakıda nəşr olunmuşdur. Əsər Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə nəşrə hazırlanmışdır.[1][2]