Rac Qasımov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rac Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi 18 oktyabr 1978(1978-10-18) (45 yaş)
Doğum yeri

Təltifləri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı "Ukrayna müstəqilliyinin 25 illiyi" yubiley medalı

Rac Müzəffər oğlu Qasımov (18 oktyabr 1978, Ermənistan) — Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir regional nümayəndəliyinin sədri.[1]

Həyatı

Rac Qasımov 18 oktyabr 1978-ci ildə indiki Ermənistanda doğulub. 1988-ci ildə Ermənistandan məcburi köçürülən Rac Qasımovun ailəsi Bakının Qaradağ rayonunda məskunlaşıb. O, 1995-ci ildə Qaradağ rayonundakı 139 nömrəli orta məktəbi bitirib. 1995-ci ildən 1997-ci ilə qədər isə Jitomir şəhərində 17 nömrəli orta məktəbdə təhsil alıb.

1997-ci ildə Ukraynanın Xarici Ticarət Akademiyasının Beynəlxalq İqtisadiyyat və İdarəetmə fakültəsinin qiyabi şöbəsinə daxil olub və 2003-cü ildə oradan məzun olub. 2017-ci ildə Jitomir Milli Aqroekoloji Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinə daxil olub.

2014-cü ildən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir regional nümayəndəliyinin sədridir.[1]

Ailəsi

Ailəlidir, üç övladı (Ayşə, Ruslan və İmran) var.

Fəaliyyəti

2014-cü ildən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir regional nümayəndəliyinin sədridir.

12 sentyabr 2014-cü il tarixində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Rac Qasımovun nümayəndəliyi ilə Jitomir şəhərində 17 saylı orta məktəbin bazasında Azərbaycan dili, tarixi və mədəniyyəti üzrə Təhsil-Mədəniyyət Mərkəzi açılmışdır.[2] 2015-ci ildə UABD-nın Jitomir regional nümayəndəliyi olaraq Novruz bayramı və 2018-ci ildə UABD-nın dəstəyi ilə Jitomir şəhərində Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçirilmişdir.[3]

Mükafatları

  • 2017-ci ildə "Ukraynanın müstəqilliyinin 25 illiyi" medalı ilə təltif edilib.
  • 2018-ci ildə isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif edilib.[1]

İstinadlar

  1. 1 2 3 "Ukraynanın mərkəzində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının regional nümayəndəlikləri". 2019-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-15.
  2. Ukrayna — Azərbaycan mədəniyyət mərkəzi açılıb
  3. Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun Jitomir vilayətindəki nümayəndəliyi