Ermənistan

Ermənistan (erm. Հայաստան Hayastan) və ya rəsmi adı ilə Ermənistan Respublikası (erm. Հայաստանի Հանրապետություն) — Cənubi Qafqazda, dənizə çıxışı olmayan bir ölkədir. Qərbi Asiyadakı Erməni yaylalarında yerləşən ölkə, qərbində Türkiyə, şimalında Gürcüstan, şərqində Azərbaycan və cənubunda isə İran və Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir.[7] İrəvan paytaxt, ən böyük şəhər və maliyyə mərkəzidir.

Ermənistan
Հայաստանի Հանրապետություն
Bayraq Gerb
Bayraq Gerb
Himn: 
Մեր Հայրենիք
Mer Hayrenik
"Ana vətənimiz"
Tarixi
 • Ermənistan Demokratik Respublikası 29 may 1918
 • Müstəqilliyin elanı 21 sentyabr 1991
Rəsmi dilləri
Paytaxt İrəvan
İdarəetmə forması Unitar parlamentar respublika
Prezident Vaaqn Xaçaturyan
Baş nazir Nikol Paşinyan
Milli Məclisinin sədri Alen Simonyan
Sahəsi Dünyada 138-ci
 • Ümumi 29,743 km²
 • Su sahəsi (%) 4.71[1]
 • Əhali
  • 2.930.450 nəf. (2017)[5]
 • Siyahıyaalma (2011) 3 018 854[2] nəf.
 • Sıxlıq 101.5 nəf./km² (99-cu)
ÜDM (AQP)
 • Ümumi $32.893 milyard[3] dollar
 • Adambaşına $10,995[3] dollar
ÜDM (nominal)
 • Ümumi (2019) $13.302 billion[3] dollar  (132-ci)
 • Adambaşına $4,446[3] dollar  (116-cı)
İİİ (2017) 0.755 (sabit; 83-cü)
Demonim Erməni
Valyuta Ermənistan dramı
İnternet domeni .am, .հայ[d]
ISO kodu AM
BOK kodu ARM
Telefon kodu +374
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][6]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ermənistan unitar, çoxpartiyalı, demokratik milli dövlətdir. Urartu eramızdan əvvəl 860-cı ildə qurulmuş və eramızdan əvvəl 6-cı əsrdə Ermənistan satrapı ilə əvəz edilmişdir. Ermənistan krallığı eramızdan əvvəl 50-ci əsrdə Böyük Tiqranın hakimiyyəti dövründə özünün yüksək zirvəsinə çatmışdır. Daha sonra xristianlığı rəsmi din kimi qəbul edən dünyada ilk dövlət oldu.[8][9][10] Xristianlığın dövlətin rəsmi dini kimi qəbul edildiyi tarix 301-dir. Qədim erməni çarlığı 5-ci əsrin əvvəllərində BizansSasani imperiyaları arasında bölündü. 9-cu əsrdə Pakraduni sülaləsi dövründə Erməni Baqratuni krallığı bərpa edildi. Bizanslılara qarşı müharibələr nəticəsində tənəzzülə uğrayan səltənət 1045-ci ildə süqut etdi və Ermənistan tezliklə Səlcuq imperiyasının tərkibinə daxil oldu. 11–14-cü əsrlər arasında Aralıq dənizi sahilində bir knyazlıq, daha sonra isə krallıq olan Kilikiya Erməni krallığı quruldu.

16–19-cu əsrlərdə indiki Ermənistan ərazisi dəfələrlə Osmanlı və əsasən indiki İran ərazisində mövcud olmuş türkman (Səfəvi, Əfşar və Qacar) imperiyalarının hökmranlığı altında olmuşdur. 19-cu əsrdə Ermənistan Rusiya imperiyası tərəfindən işğal edilmiş, qalan bölgələr isə Osmanlı hakimiyyəti altında qalmışdır. Osmanlı hökuməti tərəfindən 1 iyun 1915-ci ildə Takvîm-i Vekâyidə dərc edilən Təhcir Qanunu ilə təxminən 422.758 erməni məcburi köçə məruz qaldı. 1918-ci ildə Rusiya inqilabından sonra bütün qeyri-rus ölkələri öz müstəqilliklərini elan etdilər və nəticədə Ermənistan Demokratik Respublikası yaradıldı. 1920-ci ildə dövlət Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkibinə daxil edildi və 1922-ci ildə Sovet İttifaqının qurucu üzvü oldu. 1936-cı ildə Zaqafqaziya dövləti ləğv edildi və bu yaranmaqda olan dövlətlər, o cümlədən Ermənistan Sovet Sosialist Respublikası Sovet İttifaqının respublikalarına çevrildi. Müasir Ermənistan Respublikası Sovet İttifaqının dağılmasından sonra 1991-ci ildə müstəqil oldu.

Ermənistan inkişaf etməkdə olan ölkədir və 2021-ci il İnsan İnkişafı İndeksində 85-ci yerdədir.[11] Paytaxtı və ən böyük şəhəri İrəvan olan ölkədə Gümrü, Böyük Qarakilsə, ÜçkilsəRazdan ölkənin digər mühüm şəhərləridir. İqtisadiyyatı əsasən sənaye və mədənçiliyə əsaslanır. Ermənistan coğrafi cəhətdən Cənubi Qafqazda yerləşdiyi halda, geosiyasi baxımdan ümumiyyətlə Avropa dövləti hesab olunur. Ermənistan geosiyasi baxımdan bir çox cəhətdən Avropa ilə uzlaşdığından, Avropa Şurası, Şərq Tərəfdaşlığı, EurocontrolAvropa Yenidənqurma və İnkişaf Bankı da daxil olmaqla bir çox Avropa qurumları; Avrasiyadakı müəyyən regional qrupların, o cümlədən Asiya İnkişaf Bankının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İttifaqının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, Müstəqil Dövlətlər BirliyininAvrasiya İnkişaf Bankının üzvüdür. Ermənistan həmçinin dünyanın ən qədim milli kilsəsi olan Erməni Apostol Kilsəsini ölkənin əsas dini qurumu kimi tanıyır. Rəsmi dili erməni dili olan dövlətin istifadə etdiyi əlifba eramızın 405-ci ildə Mesrop Maştots tərəfindən yaradılmışdır.

Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini faktiki olaraq işğal etmiş və özü də daxil olmaqla Birləşmiş Millətlər Təşkilatına üzv heç bir dövlətin tanımadığı və 2023-cü ildə faktiki və hüquqi olaraq süqut edən Dağlıq Qarabağ Respublikasının mövcudluğunu dəstəkləmişdir.

Ermənistanın indiki erməni adı Hayastan (erm. Հայաստան), ermənilərin keçmişdə öz ölkələrinə aid etdikləri Հայք (Hayk') sözünə farsca ölkə mənasını verən -stan şəkilçisini əlavə etməklə əmələ gəlib, lakin Hayastan adının mənşəyi çox daha qədim tarixlərə gedib çıxır və bu ad ilk dəfə Aqafangel,[12][13] Bizanslı Faust,[14][15] Lazar Parpetsi,[16] Koryun[17]Sebeosun[18] əsərlərində xatırlanır.

Bu ad Erməni patriarxı və eramızın V əsr yazıçısı Movses Xorenlinin dediyinə görə, Babil padşahını məğlub edərək Ararat bölgəsində öz millətini quran[19] Nuhun nəvəsi Haykdan[20] (erm. Հայկ) götürülmüşdür. Adın sonrakı mənşəyi qeyri-müəyyəndir. Bundan əlavə, Hay adının Erməni yaylalarında hökmranlıq edən iki krallıqdan ibarət olan Hayasa-Azzi konfederasiya dövlətindən (e.ə. 1600–1200) gəldiyi iddia edilir.[21][22]

Coğrafi təsvir olaraq Arminiya və ya Armaniya ( ) adına ən erkən Əhəməni imperatoru I Daranın qədim fars dilində yazılmış, təxminən eramızdan əvvəl 510-cu ilə aid Behistun abidəsində rast gəlinir.[23] Qədim yunan terminləri olan Ἀρμενία (Armenía) və Ἀρμένιοι (Arménioi, "ermənilər") ilk dəfə Miletli Hekatey (e.ə. 550 – e.ə. 476) tərəfindən xatırlanmışdır.[24] Bəzi fars yürüşlərində xidmət etmiş yunan sərkərdəsi Ksenofont eramızdan əvvəl 401-ci ildə erməni kənd həyatının və qonaqpərvərliyinin bir çox tərəflərini təsvir etmişdir.[25]

Bəzi alimlər Ermənistan adını Erkən Tunc dövrünə aid Armani vilayəti (Armanum, Armi) və ya Son Tunc dövrünə aid Arme əyaləti (Supria) ilə əlaqələndirirlər.[26] Adı çəkilən krallıqlarda hansı dillərin danışıldığı bilinmədiyi üçün bu əlaqələr qəti şəkildə sübuta yetirilə bilmədi.

Həm Horenli Musa, həm də İstanbuldan olan erməni tarixçisi Mikayıl Çamçıyana görə, Ermənistan adı Hayk nəslindən olan Aramın adından gəlir.[27]

Türk mətnlərində əvvəllər Ermeniyye və ya Ermen diyarı kimi xatırlanan bölgə üçün bu adın ilk dəfə istifadə edilməsi 17-ci əsrdə müşahidə edilmişdir. Övliya Çələbinin Səyahətnaməsində də bu adla bəhs edilir.[28]

Rusiya Elmlər Akademiyasının müxbir üzvü Anatoli Petroviç Novoseltsev[29] və Z. İ. Yampolski[30] hesab edir ki, erkən orta əsrlərdə indiki Ermənistanın böyük hissəsi Qafqaz Albaniyasına aid olmuşdur.

Bəzi tədqiqatçılar Uti və Artsak vilayətlərini II Tiqranın işğal sahələri sayırlar. Yunan və Roma mənbələri isə sübut edir ki, II Tiqran alban torpaqlarını işğal etməmişdir[31]. II Tiqran Ermənistanın Şərq və Qərb hissələrini birləşdirib, vaxtilə Ermənistanın olan 70 vahəni parfiyalılardan almışdır. C. Markvarta görə isə həmin vahələr I Artaşesin işğal etdiyi Atropatenanın Şimal – Qərb torpaqları idi.[32] II Tiqran LukullPompey tərəfindən məğlub ediləndən sonra onun dövləti dağıldı. E.ə. 66-cı ildə bağlanmış müqaviləyə görə, II Tiqran vaxtilə ələ keçirdiyi torpaqlardan imtina elədi. Yalnız Şimali Mesopotomiya və Korduena Ermənistanın hakimiyyəti altında qaldı. Əgər Artsak və Utinin vaxtilə II Tiqran tərəfindən işğal olunduğunu fərz edilsə belə, məğlubiyyətdən sonra başqa torpaqlar kimi, həmin yerlər də Ermənistandan ayrılmışdır. Bununla da Arsaq və Utinin II Tiqran tərəfindən zəbt olunması mülahizəsinin əsassızlığı üzə çıxır.[33][34]

İrəvan xanlığı – 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra əsası qoyulmuş müstəqil xanlıq. Ərazisi müasir Ermənistanı habelə indiki Naxçıvan Muxtar Respublikasının ŞərurSədərək rayonlarını və indiki Türkiyənin İğdır ilini əhatə etmişdir. 1828-ci ildə Rusiya imperiyası ilə Qacar Şahənşahlığı arasında imzalanmış Türkmənçay müqaviləsinə əsəsən Rusiyanın tərkibinə daxil edilmışdir.

İndiki Ermənistan xəritəsilərdə

1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən Şimali Azərbaycanın Naxçıvan xanlığıİrəvan xanlığı ərazisində Erməni vilayəti təşkil edilmişdir. Cəmisi 25 min erməninin yaşadığı həmin ərazilərə Qacar İranOsmanlı İmperiyasından kütləvi surətdə ermənilər köçürülmüşdür ki, vilayətin etnik tərkibi rusların daha loyal qəbul etdiyi xristianların say üstünlüyü ilə nəticələnsin və bununla da erməni vilayətinin inzibati-ərazi bölgüsü möhkəmləndirilsin.

Qəzalar[36] ermənilər azərbaycanlılar kürdlər ruslar assuriyalılar
Aleksandropol qəzası 85,5 % 4,7 % 3,0 % 3,4 %
Naxçıvan qəzası 34,4 % 63,7 %
Yeni Bəyazid qəzası 66,3 % 28,3 % 2,4 % 2,2 %
Sürməli qəzası 30,4 % 46,5 % 21,4 %
Şərur-Dərələyəz qəzası 27,1 % 67,4 % 4,9 %
İrəvan qəzası 38,5 % 51,4 % 5,4 % 2,0 % 1,5 %
Eçmiədzin qəzası 62,4 % 29,0 % 7,8 %
Cəmi quberniya üzrə 53,2 % 37,8 % 6,0 % 1,6 %

Ermənilərin İran və Türkiyədən indiki Ermənistan ərazisinə kütləvi surətdə köçürülməsi ilə paralel olaraq Erməni vilayətinə daxil edilən İrəvan əyalətinin Qırxbulaq, Zəngibasar, Körpübasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parçanis, Səədli, Talın, Seyidli-Ağsaqqallı, Sərdarabad, Gərnibasar, Abaran, Dərəçiçək, Göyçə (bir hissəsi) mahallarının, Naxçıvan əyalətinin Əlincəçay, Məvazixatun, Xok, Naxçıvan, Dərələyəz mahallarının, Ordubad dairəsinin Ordubad, Əylis, Dəstə, Biləv və Çənnəp mahalları türklərinin əksəriyyəti əsasən Türkiyəİrana köçməyə məcbur olmuşlar. Azərbaycan türklərinin deportasiyası[37]

  • 1-ci mərhələ: 1905–1906-cı illər:

1903-cü ildə kilsə torpaqlarının Rusiya Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında çıxarılan qanun kilsənin maliyyələşdirdiyi siyasi təşkilatların maddi vəziyyətinə zərbə vurduğu üçün erməni terrorizminin genişlənməsinə, antitürk, antimüsəlman əfval-ruhiyyəsinin qızışmasına səbəb olmuşdu. Erməni kilsəsi İrəvan və Eçmiədzində bu qanun əleyhinə qiyamlar təşkil etmişdi. Həmin il avqustun 29-da Gəncədə, sentyabrın 2-də Qarsda və Bakıda, sentyabrın 12-də Şuşada, oktyabrın 14-də Tiflisdə ermənilər iğtişaşlar və terror törətmişdilər. 1905-ci ildə Rusiyanın özündə baş verən iğtişaşlar, çarizmə qarşı narazılıq dalğasının güclənməsi Zaqavqaziyada güclü əks-səda doğururdu. Bu qarışıqlıqdan ermənilər məharətlə istifadə edirlər. Rusiyanın hakim şovinist dairələri də zərbəni özlərindən yayındırmaq üçün ermənilərin antitürk, antimüsəlman kampaniyasını qızışdırırdılar. Qafqaz canişinliyinin yüksək rütbəli erməni və ermənipərəst məmurları vasitəsilə silahlandırılan erməni dəstələri 1905-ci ildə Bakıda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabaqda, Gəncədə, Tiflisdə və başqa yerlərdə yaşayan azərbaycanlılara qarşı silahlı hücumlar edib, həmin ərazilərdən onları təmizləməklə ermənilərin say üstünlüyünə nail olmaq istəyirdilər. Çünki həmin dövrdə Qafqazdakı 54 qəzadan yalnız beşində ermənilər çoxluq təşkil edirdilər.1905-ci il fevralın 6-da Bakıda bir nəfər azərbaycanlının ermənilər komitəçiləri tərəfindən öldürülməsi ilə başlanan erməni-müsəlman qırğınları bir çox müəlliflərin iddia etdikləri kimi bir təsadüf nəticəsində deyil, məhz bütün Qafqazın varlı ermənilərinin zaman-zaman cəm olduqları bir şəhərdə planlı şəkildə baş vermişdi. Ermənilər Bakıda erməni milyonerlərinin köməyi ilə istədiklərinə nail olacaqlarına, Bakının neft səltənətini əllərinə keçirəcəklərinə və bundan sonra bütün Zaqafqaziyadan müsəlmanları silah gücünə qovub Ermənistan dövləti yaradacaqlarına əmin idilər. Fevralın 6-dan 10-a qədər Bakıda şiddətlə davam edən qırğınlar zamanı hər iki tərəfdən tələfat min nəfərə çatsa da, ermənilərin niyyətləri baş tutmamış və məğlub olmuşdular.[38] Ermənilər fevralın 21–23-də İrəvanda da qırğınlar törətmişdilər. M. S. Ordubadi "Qanlı illər" kitabında verdiyi məlumata görə, ermənilərin növbəti fitnəkarlığı 1905-ci il mayın 5-də Naxçıvan qəzasının Cəhri kəndində üç nəfər müsəlmanın ağır yaralanması və mayın 7-də bir nəfər müsəlmanın Tunbul kəndində öldürülməsi ilə yenidən qızışır. Mayın 8-də İrəvan vitsequbernatoru Baranovski, İrəvan şəhər qlavası Ağamolovla birlikdə Naxçıvan şəhər qlavası Cəfərqulu xan Naxçıvanski Naxçıvana gəlirlər. Qırğınlar ara vermədiyi üçün Tiflisdən general Əlixanov Avarski də Naxçıvana göndərilir. Ermənilər Naxçıvanda da məğlub olduqlarından növbəti iğtşaşları İrəvanda törədirlər. Ermənilərin məqsədi ilk növbədə İrəvan və onun ətraf kəndlərini müsəlmanlardan təmizləmək, sonra isə M. S. Ordubadinin təbirincə, "İrəvandan Naxçıvana qədər yol üstə yerləşən islam kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır əskəri qüvvələrlə birləşdirmək, Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri dağıdıb Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvəni bitişdirmək kimi alçaq xəyallar"dan ibarət idi. Mayın 23-də ermənilərin Qarsaçay bağçasında müsəlman gənclərinə hücumu ilə İrəvanda qırğınlar başlanır. Mayın 31-də İrəvanda qırğınlar dayandırılsa da, ermənilər ətraf müsəlman kəndlərinə hücum etməyi qərara alırlar. Elə həmin axşam ermənilər Qırxbulaq mahalının Gözəcik kəndinə hücum edirlər. İyunun 2-də 10 min nəfərlik erməni alayı Məngüs kəndinə hücum edir. Dağılmış 12 müsəlman kəndinin əhalisi Təzəkəndə qaçır. Ermənilər iyunun 3-də Güllücə kəndinə hücum edirlər. Silahsız əhali Tutiyə, Damagirməz, Kamal kəndlərinə qaçır. Qırğınlar 18 gün davam edir. İyunun 3-də Abaran, Şörəyel, Pəmbək və Aleksandropol erməniləri Eçmiədzin (Üçkilsə) qəzasının Üşü kəndinə hücum edir, iyunun 8-də müsəlmanlar kəndi tərk edirlər. İyunun 9-da ermənilər Pərsi, Nəzrəvan, Kiçikkənd, Kötüklü, Qoşabulaq, İrku, Ənkirsək, Təkiyə kəndlərini dağıdırlar. İyunun 10-da ermənilər Eçmiədzində 10 kəndi dağıdırlar. M. S. Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdikləri soyqırımını belə səciyyələndirmişdi: "İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi". 1897-ci ildə İrəvan quberniyasında azərbaycanlı əhali 313,176 nəfər olduğu halda, 10 ildən sonra – yəni 1907-ci ildə 302,965 nəfər qalmışdı. Deməli, 1905-ci və 1906-cı illərdə İrəvan quberniyasında əhalinin 10 illik təbii artımından 10 min nəfər artıq azərbaycanlı qətlə yetirilmişdi. İrəvan quberniyasında öz məqsədlərinə nail olan erməni silahlı dəstələri Qarabağda qırğınlar törətməyə başlamışdılar. İyunun 1-dən başlayan erməni hücumları nəticəsində Cəbrayıl-Qaryakin bölgəsində Veysəlli, Qacar, Çəmənli, Arış, Qışlaq, Məzrə kəndləri darmadağın edilir. Avqustun 16-da Şuşada qırğınlar törədilir. 1905-ci ilin noyabrında Gəncə şəhərində, Cavanşir və Qazax qəzalarında, Tiflis şəhərində ermənilər iqtişaşlar törədərək minlərlə günahsız azərbaycanlını qətlə yetirirlər. Erməni müəllifi S. Zavaryanın verdiyi məlumata görə həmin dövrdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 (cəmisi 75 kənd) müsəlman kəndi dağıdılmışdır.[39] 1906-cı ildə Tiflisdə Qafqazın canişini Vorontsov-Daşkovun təşəbbüsü ilə ermənimüsəlman qırğınlarına son qoymaq məqsədilə sülh konfransı (məclisi) keçirilir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan Ziyadxanov və başqaları "Daşnaksutyun" partiyasının niyyətlərini ifşa edir, onun Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduqunu göstərir, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirilər, lakin bu konfransın keçirilməsindən bir qədər sonra erməni silahlı dəstələri yenidən qırğınlara başlamışdılar. BakıdaŞuşadakı ikinci məqlubiyyətlərindən sonra "Böyük Rusiya inqilabı söndü, biz işləri sona çatdıra bilmədik" deyə 1906-cı ilin yayında Qarabağdan Zəngəzura yol açmaqdan ötrü İrəvan, Abaran, Aleksandropol, Şörəyel ermənilərinə teleqramlar göndərərək əsgər toplamışdılar. İrəvandan Zəngəzura, Zəngəzurdan Qarabağa qədər yol boyunca erməni əhalisinin sayı olduqca az idi. Ona görə də erməni komandalarına yol üstündə yerləşən müsəlman kəndlərinə hücum etmək əmri verilmişdi. Ermənilər təkcə 1906-cı ilin avqust ayında Zəngəzur qəzasında Xələc, Karxana, Qatar, İncəvar, Daşnov, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu-Şəbədək, Atqız, Pürdavud, Zurul, Cuman, İyilli-Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Bucağıq və başqa kəndləri yerlə yeksan etmiş, azərbaycanlı əhalisinə qarşı soyqırım törətmişdilər. Ümumiyyətlə, 1905–1906-cı illərdə İrəvan və Gəncə quberniyalarında 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhali soyqırıma məruz qalmışdır.

  • 2-ci mərhələ: 1918–1920-ci illər
  • 3-cü mərhələ: 1948–1953-cü illər
  • 4-cü mərhələ: 1988–1991-ci illər

Ermənistan Demokratik Respublikası

[redaktə | mənbəni redaktə et]

1918-ci ildə mayın 26-da Zaqafqaziya Seymi buraxıldıqdan sonra əvvəlcə Gürcüstan, mayın 28-də isə Azərbaycan və Ermənistan öz müstəqilliyini elan edir. İyunun 4-də Türkiyə ilə Ermənistan arasında Batumda sülh müqaviləsi imzalanır. Bu müqaviləyə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 9 min km², əhalisi isə 321 min nəfər (o cümlədən 200 min erməni, 100 min azərbaycanlı, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə Yeni-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi. (Kazım Karabekirin Kaleminden, Doğunun Kurtuluşu, Ərzurum, 1990, səh. 371.)

Alman diplomatı Bernsdorf bu mənzərəni belə təsvir etmişdi: "Türkiyə ermənilərə ancaq Sevan gölünü saxlayıb, hansı ki, çimə bilərlər, ancaq çıxmağa və özlərini qurutmağa yer qalmayıb. Batum müqaviləsinə əsasən Ermənistan Respublikasının ərazisi Birinci Dünya müharibəsinə qədər ermənilərin İrəvan quberniyasında kompakt yaşadıqları ərazilərə məhdudlaşırdı. 1918-ci ildə Şərqi Anadoluda qırğınlar törətdikdən sonra türk qoşunlarının önündən qaçan erməni silahlı qüvvələri general Andranikin komandanlığı altında Gümrüdən Qarakilsəyə, oradan Dilican dərəsinə və Göyçəyə, sonra Naxçıvana, oradan da Zəngəzura adlayaraq, həmin ərazilərdəki müsəlman kəndlərini viran qoymuşdu. Erməni silahlı qüvvələrinin Zəngəzurdan Qarabağı təhdid etməsi Azərbaycan hökumətini ciddi narahat edirdi.

1918-ci ilin yayında erməni silahlı qüvvələri Göyçəni darmadağın etdikdən sonra Naxçıvanı işğal etmiş oradan da Zəngəzur qəzasına daxil olmuş, Gorus nahiyəsini və Şuşa yolunu ələ keçirmişdilər. Bununla əlaqədar Azərbaycan hökuməti avqustun 15-də Ermənistan hökumətinə etiraz notası göndərmiş, erməni silahlı qüvvələrinin bu addımını təcavüz kimi qiymətləndirərək, əgər erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına qarşı tədbir görülməzsə, hadisələrin sonrakı inkişafı üçün məsuliyyətin Ermənistan hökumətinin üzrinə düşəcəyini kəskinliklə bildirmişdi, lakin Ermənistan hökuməti hiylə işlədib Andranikin silahlı qüvvələrinin Ermənistan hökumətinə tabe olmadığını bəhanə edərək, avqustun 1-də bildirmişdi ki, general Andranik və onun dəstəsi bütünlüklə Ermənistan ordusunun tərkibindən silinmişdir. Buna səbəb isə Andranik və onun dəstəsinin Ermənistan daşnak hökumətini tanımadıqlarını bəyan etmələri olmuşudu. Elə buna görə də Ermənistan hökuməti Andranikin və onun dəstəsinin əməllərinə cavabdeh olmadığını bildirmişdi[40].

N. N. Şavrov Rusiyanın Zaqafqaziyadakı müstəmləkəçilik siyasəti haqqında yazır: "Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada rusların deyil, bizə yad olan xalqların yerləşdirilməsindən başladıq… 1826–28-ci illər müharibəsinin qurtarmasından sonrakı iki il ərzində 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə erməniləri köçürmüş və onları Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdik ki, orada erməni əhalisi cüzi idi. Onları həmçinin Tiflis quberniyasının Borçalı, Axıska və Axılkələk qəzalarında yerləşdirdik, onların yerləşdirilməsi üçün 200 min desyatindən artıq dövlət torpağı ayrılmış, 2 milyon rubldan artıq məbləğdə müsəlmanlardan xüsusi mülkiyyət torpaqları satın alınmışdı. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ, XanlarŞəmkir rayonları nəzərdə tutulur – müəllif.) və Göyçə gölünün sahili həmin ermənilərlə məskunlaşdırılmışdı. Nəzərə almaq lazımdır ki, 124 min rəsmi köçürülən ermənilərlə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər də çox olmuşdur və ümumiyyətlə, köçənlərin sayı 200 min nəfərdən xeyli artıqdır.

Ermənilərin indiki Ermənistan ərazisinə axını 1877–1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra bir daha güclənmişdi. 90-cı illərdə Türkiyədə baş verən erməni üsyanları nəticəsində 400 minə yaxın erməni yenə də Qafqaza köçüb gəlmişdi. N. Şavrov qeyd edir ki, 20-ci əsrin əvvəlində Zaqafqaziyada yaşayan 1300000 ermənidən bir milyonu yerli əhali deyil, rusların vasitəsilə məskunlaşdırılmışdı[41].

Daha sonralar, Sovet hakimiyyəti illərində xarici ölkələrdə yaşayan 100 mindən artıq erməni Ermənistana köçüb gəlmişdi.

Ermənistan SSR

[redaktə | mənbəni redaktə et]

1921-ci ildə sovet əsgərləri Ermənistana daxil olub, müstəqilliyi ləğv edib SSRİnin tərkibində Ermənistan Sovet Sosialist Respublikasını yaratdılar. 1922–1936-cı illərdə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasına daxil idi. 1988-ci ildə Azərbaycanla Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu üstündə münaqişəyə cəlb olunmuşdu. Bu səbəbə görə 1988–1991-ci illərdə 200 min Azərbaycan türkü, 18 minə yaxın kürd və 4 min nəfər Rus ölkədən çıxarılmışdır.[42] Münaqişə indiyədək davam edir, ən son döyüşlər 2020-ci ildə baş verib.

Ermənistan Respublikası

[redaktə | mənbəni redaktə et]

1991-ci ildən Ermənistan Respublikası müstəqil dövlətdir.

border=none Əsas məqalə: Ermənistan coğrafiyası

Ermənistan Cənubi Qafqaz ölkələri qrupuna aid olmaqla Gürcüstan, Azərbaycan, Türkiyə və İran ilə sərhədə malikdir. Ermənistan Respublikasının coğrafi mövqeyinin əsas xüsusiyyəti onun dənizə çıxışa malik olmaması ilə əlaqədardır. Ermənistan Rusiya ilə sərhədə malik deyil, bu da onun iqtisadi inkişafına mənfi təsir edir. Rusiya ilə nəqliyyat əlaqələri avtomobil magistralları vasitəsilə həyata keçirilir. Dəmiryol əlaqəsi isə Azərbaycan və Abxaziya ilə olan blokadaya görə dayandırılıb. Son dövrlərdə Ermənistan məhsullarının idxal və ixracında Gürcüstana aid Poti limanından və İranla nəqliyyat-kommunikasiya əlaqələrindən aktiv istifadə edir. Ermənistan dağlıq ölkədir. O, Ermənistan yaylasının şimal-şərqində dağarası çökəklikdə yerləşir. Relyefi mürəkkəbdir. Burada dağlar, yaylalar, akkumlyativ düzənliklər, çay dərələri və gölətrafı çökəkliklər mövcuddur. Ölkənin əsas hissəsi Zaqafqaziya vulkanik yaylasında yerləşməklə, Kiçik Qafqaz (Bazum, Pəmbək-Sevan) və Zəngəzur, eyni zamanda Vardenis və Geyəm dağları ilə əhatələnib. Geyəm və Sevan silsilələri arasında çökəklik yerləşir. Araqats Cənubi Qafqazda ən böyük vulkanik massivdir. Ən yüksək nöqtəsi Şimal dağıdır (4090 m). Həmçinin burada Qapıcıq (3904 m), Vardenis (3522 m) və Əjdaak (3597 m) zirvələri vardır. Ermənistanın şimal-qərbində Şirak düzənliyi, cənub-qərbində isə Ararat tektonik enməsi yerləşir. Ərazinin orta hündürlüyü burada dəniz səviyyəsindən 900 m təşkil edir. Ermənistan ərazisinin 90%-i dəniz səviyyəsindən 1000 m-dən çox hündürlükdə yerləşir. Orta hündürlük isə 1800-m-dir. Ən az yüksəklik Debed və Araz çayları hövzəsindədir (380 m). Ərazidə düzənlik sahə azdır. Vorotan, Voxçi, Araz çay hövzələrində yaşayış məntəqələrinin çoxu 30° meyillikdə yerləşir ki, bu da şəhər nəqliyyatının təşkili və inkişafında çətinlik törədir. Geoloji quruluşuna görə Ermənistan Alp geosinklinal qurşağında yerləşir. Ölkənin bütün ərazisi Rixter şkalası üzrə 7–9 ballıq seysmik zonaya aiddir. Ermənistan ərazisində XX əsrdə — 1926, 1931 və 1988-ci (Spitak şəhərində) illərdə güclü dağıntılı zəlzələ baş vermişdir.

border=none Əsas məqalə: Ermənistan iqlimi

Torpaq örtüyü

[redaktə | mənbəni redaktə et]

Faydalı qazıntılar

[redaktə | mənbəni redaktə et]

Sovet dönəmində Ermənistan inkişaf etmiş sənayeyə malik bir respublika idi. Kimya, maşınqayırma, elektronika, yeyinti sənayesi və toxuculuq bu ölkədə çox yüksək dərəcədə inkişaf etmişdi, lakin bu sənaye sahələrinin əksəriyyəti xaricdən gələn xammaldan asılı idi. Kənd təsərrüfatı həm işçi sayına görə, həm də istehsal miqdarına görə iqtisadiyyatda 20%-lik həcmə malik idi. Sovet İmperiyasının dağılması nəticəsində Ermənistanda çalışan bir çox müəssisələr öz fəaliyyətini dayandırdı, onlar hissələrə bölünərək metal parçaları kimi satıldılar. Nəticədə kənd təsərrüfatı ilə məşğul olan əhalinin miqdarı 40%-ə, kənd təsərrüfatı məhsullarının ÜDM-də payı isə 30%-ə qalxdı. Bundan başqa Qarabağ Müharibəsi nəticəsində ölkə iqtisadiyyatına ağır zərbə dəydi. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti aparması qonşu Azərbaycan və Türkiyənin Ermənistanla olan sərhədlərini bağlaması ilə nəticələndi. Bundan başqa qonşu Gürcüstanın da Ermənistana gedən mallara yüksək tranzit haqqı tətbiq etməsi (Gürcüstan Ermənistana gedən mallar üçün Azərbaycana gedən mallara tətbiq etdiyi tranzit haqqından iki dəfə yüksək vergi tətbiq edir) etməsi də Ermənistan iqtisadiyyatında olan tənəzzülü dərinləşdirirdi. Digər tərəfdən Ermənistan özünün ən yaxın iqtisadi tərəfdaşı olan Rusiya ilə yerüstü əlaqəyə malik deyildi. Gürcüstanla Rusiya arasındakı münasibətlərin gərginləşməsi nəticəsində Rusiyanın Gürcüstanla olan sərhədini 2006-cı ildə bağlaması da Ermənistanın blokada vəziyyətini daha da dərinləşdirdi. Bununla belə Ermənistan rəhbərliyi iqtisadiyyatda olan çətinliklərdən çıxış yolu kimi ölkədəki sənaye müəssisələrini Rusiyaya təhvil verməklə həll etməyə çalışırdı. Rusiya isə bunun qarşılığında Ermənistanın dövlət borcunun bir hissəsini ləğv edirdi. Rusiyanın idarəçiliyinə verilmiş iri sənaye müəssisələri Metsamor Atom Elektrik Stansiyası, Ermənistan Dəmir Yolları Konserni, Razdan İstilik Elektrik Stansiyası, İrəvanda yerləşən (fəaliyyətdə olmayan) Mars Elekronika və Robot Zavodu, Ermənistanın qazpaylayıcı şəbəkəsi olan ArmRosQazprom şirkəti və digər sənaye müəssisələridir, lakin 2008-ci ildə dünyada baş vermiş iqtisadi böhran Ermənistan iqtisadiyyatında qəfil tənəzzül yaratdı. ÜDM 2009-cu ildə 15% azaldı. Həmin ildə Ermənistan ÜDM azalmasına görə dünyada ikinci yeri tutmuşdu. Ölkədəki bir çox müəssisələr işini dayandırdı, fəaliyyətdə olan müəssisələr isə ziyanla işləməkdə idi. Buna görə də Rusiya Ermənistanın ziyanla işləyən sənaye müəssisələrini borc əvəzində əldə etmək təkliflərindən imtina etdi. Nəticədə ölkədəki bir çox sənaye müəssisələri iflas etməyə başladı. 2010-cu ildə Ermənistandakı ən böyük kimya zavodu olan Nairit borclara görə öz fəaliyyətini dayandırdı.[43] 2011-ci ildə dünyadakı nüfuzlu Forbes jurnalı Ermənistanı dünyada ən pis iqtisadiyyata malik ölkələr siyahısında ikinci yerdə göstərdi.[44]

Ermənistan iqtisadiyyatı çox böyük ölçüdə xaricdəki ermənilərin ölkəyə göndərdiyi yardımlardan və investisiyalardan asılıdır. ABŞ, Avropa Birliyi, Rusiya hökumətləri, eləcə erməni diasporu hər il Ermənistana yüz milyonlarla dollar yardım edirlər. Təkcə ABŞ dövləti Ermənistana müstəqillik qazandıqdan sonra indiyə kimi 2 milyard ABŞ dolları dəyərində yardım edib.[45]

Ermənistan təbii ehtiyatlardan filizlərlə nisbətən zəngin ölkədir. Ölkədə qurğuşun, qızıl, mis, molibdensink ehtiyatları var. Ölkədə istehsal olunan elektrik enerjisinin böyük hissəsi Metsamor Atom Elektrik Stansiyasında istehsal olunur (təxminən 40%).

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Ermənistan 2015-ci ildə müvafiq konstitusiya dəyişikliyindən sonra prezidentli respublika quruluşundan imtina edərək parlamentli respublika idarə üsuluna keçib.[46]

İcraedici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Qanunverici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Məhkəmə hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Yerli özünüidarə

[redaktə | mənbəni redaktə et]

Xarici siyasət

[redaktə | mənbəni redaktə et]

Azərbaycan – Ermənistan Respublikası 1991-ci ildən başlayaraq 1994-cü ilə qədər Azərbaycana məxsus Dağlıq Qarabağ və ətrafı vilayətləri işğal etmişdir. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində soyqırım törətmişdir. Hal-hazırda Azərbaycanla müharibə şəraitindədir. İşğalçılıq siyasəti nəticəsində regional layihələrdən kənarda qalıb.

Ermənistan Respublikası Milli Statistika Xidmətinin 1 iyul 2014-cü il tarixinə olan rəsmi məlumatına əsasən Ermənistanın de-yuri əhalisi 3 milyon 9 min 8 yüz nəfərdir.

border=none Əsas məqalə: Ermənistan şəhərləri

Ermənistan Respublikası birmillətli ölkədir. Burada əhalinin 98,1%-ni ermənilər, 1,2%-ni kürdlər (müsəlman və yezidi), 0,4%-ni ruslar və qalan 0,3%-ni isə assuriyalılar, yunanlar (Qafqaz yunanları), yəhudilər, gürcülər və s. təşkil edir.

Ermənistan Respublikasının Konstitusiyasının I fəsil, XII maddəsinə əsasən Ermənistan Respublikasının dövlət dili erməni dilidir.[47][48] 12–21 oktyabr, 2011-ci ildə aparılmış siyahıyaalınmaya əsasən Ermənistan Respublikasının 3.018.854 nəfər olan de-yuri əhalisinin 2.956.615 nəfəri və ya 97.94%-i erməni dilində danışır. 2019-cu il 1 iyul siyahıyaalmasına əsasən əhalisi 2.000.138 nəfərdir.

Əhalinin əksəriyyəti Erməni Qriqorian Kilsəsi üzvüdür.

Dəmiryol nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

Avtomobil nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

Hava nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

İnsan haqları

[redaktə | mənbəni redaktə et]

Cinayətkarlıq

[redaktə | mənbəni redaktə et]

Televiziya və Radio

[redaktə | mənbəni redaktə et]

Telekommunikasiya

[redaktə | mənbəni redaktə et]

Dövlət bayramları və xüsusi günlər

[redaktə | mənbəni redaktə et]

Xüsusi günlər

[redaktə | mənbəni redaktə et]
  1. "The World Fact Book – Armenia". Central Intelligence Agency. 19 July 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 July 2010.
  2. "All Places of Armenia by 2001 and 2011 censuses — Population statistics of Eastern Europe". Archived from the original on 2015-07-16. İstifadə tarixi: 16 iyul 2015..
  3. 1 2 3 4 "World Economic Outlook Database, October 2018". IMF.org. International Monetary Fund. 26 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 February 2019.
  4. 1 2 http://lenta.ru/news/2012/02/09/armenia/.
  5. World Bank Open Data. Dünya Bankı.
  6. http://chartsbin.com/view/edr.
  7. The Oxford Encyclopedia of Economic History. Oxford University Press. 2003. səh. 156. ISBN 978-0-19-510507-0.
  8. (Garsoïan, Nina. R.G. Hovannisian (redaktor). Armenian People from Ancient to Modern Times. 1. Palgrave Macmillan. 1997. səh. 81.)
  9. Stringer, Martin D. A Sociological History of Christian Worship. Cambridge: Cambridge University Press. 2005. səh. 92. ISBN 978-0-521-81955-8.
  10. Grousset, René. Histoire de l'Arménie (1984). Payot. 1947. səh. 122.. Təxmini tarixlər 284 ilə 314 arasında dəyişir. Garsoïan (op.cit. p. 82), Ananyan'ın araşdırmaları ikincisini dəstəkləyir.
  11. "Human Development Report 2021/2022" (PDF) (ingilis). United Nations Development Programme. 8 sentyabr 2022. 2022-09-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 aprel 2023.
  12. Ագաթանգեղոս §§ 13 (ի Հայաստան աշխարհէս), 16 (Հայաստան աշխարհիս 2x, ի Հայաստան աշխարհիս), 35 (Հայաստան աշխարհին), 160 (Հայաստան աշխարհիս), 249 (Հայաստան աշխարհիս), 715 (Հայաստան աշխարհիս), 776 (Հայաստան աշխարհին), 784 (Հայաստան աշխարհին), 796 (ի մէջ Հայաստան աշխարհի), 808 (հասանէին ի Հայաստան աշխարհն)։
  13. Ագաթանգեղոս § 885 (ի Հայաստան երկրին)
  14. Փաւստոս Բուզանդ 1883=1984, էջ 1 (Հայաստան աշխարհին)
  15. Փաւստոս Բուզանդ 1883=1984, 4.բ, էջ 56 (Հայաստան երկրին)
  16. 904=1985, էջ 2 (Հայաստան աշխարհիս), 110 (կանայս ի Հայաստան աշխարհիս)
  17. Կորիւն 1994, էջ 83 (Հայաստան աշխարհի), 93 (Հայաստան աշխարհին), 103 (ի Հայաստան աշխարհին), 120 (ի Հայաստան աշխարհէս)
  18. ժը (սեռ. Հայաստանեայց, բացառ. ի Հայաստանեայց), տես Աբգարյան 1979, էջ 66, 90
  19. Razmik Panossian, The Armenians: From Kings And Priests to Merchants And Commissars, Columbia University Press (2006), ISBN 978-0-231-13926-7, səh. 106.
  20. Martirosyan, Hraç (2010) Etymological Dictionary of the Armenian Inherited Lexicon (Leiden Indo-European Etymological Dictionary Series; 8), Leiden, Boston: Brill, səh. 383
  21. Rafael İşhanyan, "Illustrated History of Armenia," Erivan, 1989
  22. Elisabeth Bauer. Armenia: Past and Present (1981), səh. 49
  23. 𐎠𐎼𐎷𐎡𐎴 (a-r-mi-i-n /Armina/)
    • Eramızdan əvvəl 6-cı əsrin sonları: I Dara; Bisütun kitabəsi, 1-ci sütun 13–17. xətlər
      […] θātiy Dārayavauš xšāyaθiya imā dahyāva tyā manā patiyāiša vašnā Auramazdāha adamšām xšāyaθiya āham Pārsa Ûvja Bābiruš Ahurā Arabāya Mudrāya tyaiy drayahyā Sparda Yauna Māda Armina Katpatuka Parθava Zraka Haraiva Uvārazmîy Bāxtriš Suguda Gadāra Saka Θataguš Harauvatiš Maka fraharavam dahyāva XXIII…
      […] Padşah Dara dedi: Bunlar mənim hökmranlığımdakı ölkələrdir və Ahura Məzdanın lütfü ilə mən onların padşahı oldum: Fars, Elam, Babil, Assur, Ərəbistan, Misir, dəniz kənarı torpaqlar, Lidiya, Yunan, Midiya, Ermənistan, Kapadokya, Parfiya, Dranjiana, Ariya, Xorasmiya, Baktriya, Soqdiya, Qandara, İskitiya, Sattagidiya, Araxosiya və Maka; cəmi iyirmi üç ölkə.
    • Eramızdan əvvəl 6-cı əsrin sonları: I Dara; Bisütun kitabəsi, 2-ci sütun 29–31. xətlər
      […] θātiy Dārayavauš xšāyaθiya Dādaršiš nāma Arminiya manā badaka avam adam frāišayam Arminam avaθāšaiy aθaham paraidiy kāra hya hamiçiva manā naiy gaubataiy avam jadiy…
      […] Padşah Dara dedi: Mən Dādarşi adlı erməni nökərimi Ermənistana göndərdim və ona dedim: "Get o üsyan edən və məni tanımayan ordunu vur.
  24. "Χαλύβοισι πρὸς νότον Ἀρμένιοι ὁμουρέουσι (Ermənilər cənubdan Xaliblərlə həmsərhəddirlər)". Chahin, Mark. The Kingdom of Armenia. London: Routledge. 2001. səh. fr. 203. ISBN 978-0-7007-1452-0.
  25. Ksenofon. Anabasis. IV.v.2-9.
  26. Ibp Inc. Armenia Country Study Guide Volume 1 Strategic Information and Developments. 1 sentyabr 2013. səh. 42. ISBN 978-1-4387-7382-7.
  27. Horenli Musa. "«ИСТОРИЯ АРМЕНИИ»". 2019-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-06.
  28. "Ermenistan". Nişanyan Yeradları. 2010-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-06.
  29. Новосельцев А.П. К вопросу о политической границе Армении и Кавказской Албании в античный период. Кавказ и Византия, I. Ереван, 1979.
  30. Ямпольский З.И. К изучению древнего пути из Каспийского моря по реке Куре через Грузию к Черному морю.//Тр. Ин-та истории АН ГССР, т. 2, 1956
  31. F. Məmmədova, 2006, səh 116  (az.)
  32. J. Marquart. Eransahr…, стр. 78
  33. Юшков С.В. К вопросу о границах древней Албании.//ИАН СССР, 1937, т. I.
  34. F. M.mmədova, 2006, səh 68  (az.)
  35. The Cambridge Ancient History, volume XIV, chapter 22b, page 662
  36. "Демоскоп Weekly — Приложение. Справочник статистических показателей". 2012-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-25.
  37. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2012-07-25 at the Wayback Machine, BAKI – "Elm" — 2002, 346 səh.
  38. Ordubadi M. S. Qanlı illər Arxivləşdirilib 2023-03-31 at the Wayback Machine. Əsəri ərəb əlifbasından çevirən, sadələşdirən və çapa hazırlayan: Ə. D. Bağırov. Naxçıvan: "Əcəmi" NPB, 2001, s. 7–11.
  39. Заварян С., Экономические условия Карабаха и голод 1906–1907 г., Перевод с армянского, S. Peterburq, 1907, səh.61.
  40. Azərbaycan Respublikası Dövlət Arxivi, f.970, siy. 1, iş 11, v. 193
  41. Шавров Н.Н., Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам, СПб, 1911, səh. 63,64  (rus.)
  42. Organiztion of Liberation of Garabagh : Statistics of Losses in Armenian-Azerbaijan Wor Arxivləşdirilib 2011-10-01 at the Wayback Machine In Azerbaijan in 1988 before Garabagh conflict 390 thousand Armenians lived (approximately 6% of Republic's population). Of these 180 thousand lived in Baku and 145 thousand lived in Dag-lyg Garabagh Autonomic Region (DGAR). According to population census in 1989 in Armenia 85 thousand Azerbaijani lived (about 3 % of population). In fact, the figure was higher because in January of 1990 in Azerbaijan 208 thousand former Armenian citizens fled to Azerbaijan were recorded: 186 thousand of Azerbaijani, 18 thousand of Kurds and about 4 thousand Russians.
  43. ""Nairit" Chemical Plant interrupted work". 2014-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-15.
  44. "Ən Pis İqtisadiyyata Malik Ölkələr – Forbes.com". 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-15.
  45. ABŞ-Ermənistan münasibətləri Arxivləşdirilib 2013-01-12 at the Wayback Machine ABŞ Dövlət Departamenti
  46. ""Bəzi insanların hakimiyyəti var, amma məsuliyyəti yoxdur"". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-21.
  47. Հայաստանի Հանրապետության Սահմանադրություն (Ընդունվել է 1995թ. հուլիսի 5-ի ՀՀ հանրաքվեով.Սահմանադրության փոփոխությունները կատարվել են 2005թ. նոյեմբերի 27-ի ՀՀ հանրաքվեով.). Գլուխ 1. Սահմանադրական կարգի հիմունքները, Հոդված 12 Arxivləşdirilib 2014-04-20 at the Wayback Machine — Հայաստանի Հանրապետության Նախագահ
  48. Действующая Конституция Республики Армения Arxivləşdirilib 2015-09-09 at the Wayback Machine (принятая 27 ноября 2005 года в результате всенародного референдума) на официальном сайте Правительство Республики Армения Arxivləşdirilib 2014-04-27 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]