Radde böyürtkəni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Radde böyürtkəni
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Rubus raddeanus

Radde böyürtkəni (lat. Rubus raddeanus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.

Təbii yayılması

Qafqazda, Rusiyada, Stavropolda, Kabardın Balkarda yayılmışdır.

Botaniki təsviri

Yarpaqları oval, saplaqlı, mürəkkəb, 3-7 yumurtavari xırda yarpaqlardan ibarətdir, gövdədə növbəli yerləşir. Yarpaq ayasının üstü tünd yaşıl, alt tərəfi ağımtıl, xırda tükcüklərlə örtülmüşdür. Yarpaqların qoltuqlarında qarışıq tumurcuqlar formalaşır. İkinci il onlardan yan budaqlar, salxımvari çiçək qrupunda toplanan ağ öz-özünü tozlanan, diametri təxminən 1 sm olan ikicinsli çiçəklər formalaşır. Çiçəkləmə dövrü iyun-iyulda baş verir və 20-25 gün davam edir. Şaxələnmiş çiçək yatağında tükcüklü, sarı, qırmızı və ya qara rəngli çəyirdək formalaşır.

Ekologiyası

Şaxtaya davamlı, işıqsevən bitkidır. Dəniz səviyyəsindən 2700 metr hündürlüklərdə rast gəlinir. Böyümə və inkişaf üçün 18-250С temperatur optimal hesab edilir. Qar altında -40-450С temperatura dözür. Rütubətli, münbit, drenajlı, ağır olmayan torpaqlara, istiyə tələbat duyur. Quraqlığı və nəmişli pis keçirir.

Azərbaycanda yayılması

Talışda təbii halda rast gəlinir.

İstifadəsi

Yaşıllaşdırmada rast gəlinmir. Tərkibində efir yağı vardır.

İstinadlar

Həmçinin bax