Radikal (qəzet)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Radikal
Yaranma tarixi 13 oktyabr 1996
Dil türk dili[1]
Nəşrini dayandırıb 25 mart 2016
Baş ofis
Ölkə
ISSN 1304-9224
radikal.com.tr

"Radikal" — Türkiyədə gündəlik qəzet. "Doğan Yayın Holding"ə məxsusdur. 1996-cı ildə nəşr olunmağa başlayan qəzetin çap nəşri 2014-cü ilin iyununda, rəqəmsal nəşri isə 2016-cı ilin martında başa çatmışdır.[2]

Tarixi

"Radikal" qəzeti 1996-cı ildə çap olunmağa başlayıb. Bu, ABŞ-nin "The New York Times" və Britaniyanın "The Guardian" qəzetlərinin versiyasıdır. "Radikal İki", "Radikal Kitap" və "Radikal Hayat" adlı əlavə nəşrləri var idi. 17 oktyabr 2010-cu ildən tabloid ölçüsündə nəşr olunur.[3]

"Radikal" 21 iyun 2014-cü il tarixində zərər etdiyinə əsaslanaraq nəşrini dayandırmış və rəqəmsal jurnalistikaya keçid etmişdir.[4]

Qəzetin baş redaktoru olan Ezgi Başaran 2 dekabr 2015-ci ildə işini Cem Erciyesə təhvil vermişdir.[5]

"Radikal"ın fəal köşə yazarları 4 aprel 2016-cı il tarixində qəzetin saytında öz "vəda" məqalələrini dərc etmişdilər.[6]

İstinadlar

  1. The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 1304-9224
  2. "Radikal kapanıyor". birgun.net. Birgün gazetesi, 22 Mart 2016. 24 Nisan 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Nisan 2016.
  3. "Susurluk'taki Radikal'i geri getireceğiz". Zaman. 17 Ekim 2010. 2 Haziran 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Kasım 2010.
  4. 4 . http://www.radikal.com.tr/turkiye/radikal_bildiginiz_radikal-1196990 Arxivləşdirilib 13 iyun 2014 at the Wayback Machine
  5. "2 Aralık 2015 Cumhuriyet haberi: Radikal'da deprem... Ezgi Başaran görevi bıraktı". 10 Nisan 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 Mart 2016.
  6. "Yazarlar". Radikal. 6 Nisan 2016. 9 Haziran 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 Nisan 2016.