"Radikal" — Türkiyədə gündəlik qəzet. "Doğan Yayın Holding"ə məxsusdur. 1996-cı ildə nəşr olunmağa başlayan qəzetin çap nəşri 2014-cü ilin iyununda, rəqəmsal nəşri isə 2016-cı ilin martında başa çatmışdır.[2]
Radikal | |
---|---|
Format | Tabloid |
Yaranma tarixi | 13 oktyabr 1996 |
Dil | türk dili[1] |
Nəşrini dayandırıb | 25 mart 2016 |
Baş ofis | |
Ölkə | |
ISSN | 1304-9224 |
radikal.com.tr |
"Radikal" qəzeti 1996-cı ildə çap olunmağa başlayıb. Bu, ABŞ-nin "The New York Times" və Britaniyanın "The Guardian" qəzetlərinin versiyasıdır. "Radikal İki", "Radikal Kitap" və "Radikal Hayat" adlı əlavə nəşrləri var idi. 17 oktyabr 2010-cu ildən tabloid ölçüsündə nəşr olunur.[3]
"Radikal" 21 iyun 2014-cü il tarixində zərər etdiyinə əsaslanaraq nəşrini dayandırmış və rəqəmsal jurnalistikaya keçid etmişdir.[4]
Qəzetin baş redaktoru olan Ezgi Başaran 2 dekabr 2015-ci ildə işini Cem Erciyesə təhvil vermişdir.[5]
"Radikal"ın fəal köşə yazarları 4 aprel 2016-cı il tarixində qəzetin saytında öz "vəda" məqalələrini dərc etmişdilər.[6]