Radio Antenn

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Antenn Müstəqil Teleradio Kompaniyasının radiosu - radio "Antenn" 101 FM 1998-ci ildən fəaliyyət göstərir. Şirkətin həmtəsisçiləri Rüstəm Qədim oğlu Əliyev (Prezident) və Rövşən Novruz oğlu Cavadovdur (Vitse-prezident). 2000-ci ilin fevralında radiokanal - Radio "Antenn 101 Fm" yayıma başladı. Bu vaxt ərzində radionun stabil dinləyici auditoriyası formalaşıb, əhatə coğrafiyası daha da genişlənib. İndi radiomuzun yayımladığı verilişləri Azərbaycanın bütün rayonlarında dinləmək mümkündür. Zövqdə 1-ci olan Radio "Antenn" 101 Fm sizlər üçün belə bir imkan yaradıb. Radionun yayımı dünya standartlarına uyğun avadanlığa sahib Almaniyanın "Rohde & Schvartz" və İtaliyanın “DB Elettronica” firmalarının istehsalı olan 1-2,5 kwат gücü olan 8 ötürücü vasitəsilə həyata keçirilir. Efirə çıxan bütün proqramlar Azərbaycan dilindədir. Şirkət xəbərlər, siyasi, tematik, musiqi proqramları yayımlayır və audio-video reklamlar hazırlayır. "Antenn" 101 FM radiosunu ANTENN.AZ internet saytında və TÜRKSAT 3A, tezlik-10,968 MHs, S/R-11200 H, FEC-5/6 dalğasında peyk yayımı vasitəsilə dünyanın hər yerində canlı dinləyə bilərsiniz.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər