Rafael Əmənzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rafael Əmənzadə
Doğum tarixi 31 dekabr 1943(1943-12-31)
Doğum yeri
Vəfat tarixi 21 aprel 2015(2015-04-21) (71 yaşında)
Vəfat yeri
Elmi dərəcəsi
İş yeri
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar müəllimi

Rafael Əmənzadə (31 dekabr 1943, Bakı21 aprel 2015, Bakı) — Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycanın "Əməkdar müəllim"i (2009)

Həyatı

Əmənzadə Rafael Yusif oğlu 1943-cü il dekabrın 31-də Bakı şəhərində anadan olub. 1950–1960-cı illərdə 49 saylı Bakı şəhər orta məktəbində oxuyub 1960–1966-cı illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Mexanika şöbəsində təhsil alıb. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı verilmişdir. Ailəlidir, üç övladı var.

Aprelin 21-də müalicə olunduğu klinikada vəfat etmiş, Aprelin 23-də Bakıda IQurd qapısında dəfn olunmuşdur.

Təhsili, elmi dərəcə və elmi adları

  • 1960–1966, tələbə, Mexanika-riyaziyyat fakültəsi, Bakı Dövlət Universiteti.
  • 1966–1969, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin "Plastiklik nəzəriyyəsi" kafedrasında akad. Y. N. Rabotnovun rəhbərliyi altında aspirant olub.
  • 1970, f.-r.e.n., "Nazikqalinlıqlı konstruksiya elementlərinin qabarma məsələlərinin variasiya usulu ilə həlli".
  • 1980, f.-r.e.d., "Maye ilə doldurulmuş örtukdə dalğaların yayılması".

Əmək fəaliyyəti

  • 1982 — h/h , kafedra müdiri, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU.
  • 1972–1982, baş müəllim, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU.
  • 1969–1972, assistent, Nəzəri mexanika kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU.
  • Apardığı dərslər: Bütöv mühit mexanikası, Çoxfazalı sistem mexanikası.
  • 150 elmi məqalənin və iki kitab müəlifidir.

Tədqiqat sahəsi

  • Deformasiya olunan bərk çisim mexanikası, Hidromexanika.

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

  • 1999 — Nijni Novqorod, Rusiya: "Örtüklər və lovhə nəzəriyyəsi" XIX Beynəlxalq konfrans.
  • 2002 — Nijni Novqorod , Rusiya: "Örtüklər və lovhə nəzəriyyəsi" XX Beynəlxalq konfrans.
  • 2006 — Riqa, Latviya: "Kompozit materiallar mexanikası" XIV Beynəlxalq konfrans.
  • 2008 — Riqa, Latviya: "Kompozit materiallar mexanikası" XV Beynəlxalq konfrans.
  • 2008 — Kazan, Rusiya: "Qeyri-xətti örtüklər mexanikasının müasir problemleri" Beynəlxalq elmi seminar.
  • 2008 — Moskva, Rusiya: "Qeyri struktur materialların möhkəmliyi" IV Avroasiya elmi-praktiki konfrans.
  • 1995 — Riqa, Latviya: "Kompozit materiallar mexanikası" IX Beynəlxalq konfrans.

Seçilmiş əsərləri

  • Variasiya prinsipindən qalinliğına görə qeyri-bircins qeyri-xətti halqanın qabarma məsələsində istifadə olunmasi.-1995
  • İdeal maye yerləşən örtukdə dalğa xarakteristikalarına sürüşmə yerdəyişmələrinin təsirinin asimptotik analizi.-1996
  • Maye yerləşən ortotrop örtüyün dalğa xarakteristikalarına axının təsiri.- 1999
  • Qeyri-xətti elastiki materialdan hazırlanmış uzun silindrik örtüyun qabarması.-2002
  • Sərt bərkidilmiş qeyri-xətti elastiki çox laylı çubuğun limit halı.-2006
  • Uzun coxtəbəqəli özlü elastik örtüyün böhran zamanı.-2007
  • Sürüşmənin mayeli coxlaylı silindrik örtüyün dalğa xarakteristikalarına təsirinin asimptotik analizi.- 2007
  • Qeyribircins elastiki örtüyün həndəsi qeyri-xətti nəzəriyyəsinin variasiya üsulu.-2008
  • Özlu elastiki mayenin daralma effekti olan elastiki boruda dalğavarı axını haqqında məsələnin həlli.- 2008

Kitablar

  • Mexanikadan laboratoriya praktikumu (dərs vəsaiti).-1973
  • Bütöv mühit mexanikasının əsas anlayışları və tənlikləri.-1987

Mənbə