Ramilə Qurbanlı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ramilə Qurbanlı
Qurbanlı Ramilə Cəfər qızı
Doğum tarixi (53 yaş)
Doğum yeri Cəbrayıl rayonu, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi jurnalistika
İş yerləri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Xalq qəzeti

Qurbanlı Ramilə Cəfər qızı (13 oktyabr 1970, Cəbrayıl rayonu) — Azərbaycanlı jurnalist-publisist, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda aparıcı məsləhətçi[1], Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü.

Həyatı

Ramilə Qurbanlı 1970-ci il oktyabrın 13-də Cəbrayıl rayonu Maralyan kəndində anadan olub. 1994-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu rus dili filologiyası ixtisası üzrə bitirib. 1994–95-ci illərdə Xızı rayonu Sitalçay orta məktəbində rus dilindən dərs deyib.

Mətbuatda hekayələr, reportajlar, publisistik materiallarla çıxış edib. İlk dəfə 1995-ci ildə "Ədəbiyyat qəzeti"ndən peşəkar jurnalistika fəaliyyətinə başlayıb. "7 Gün", "Gənclik – P. S", "Gün Səhər", "Üç nöqtə", "Yeni zaman", Azərbaycan", "Xalq" qəzetlərində, Lent.az, Kulis.az internet saytlarında müxbir və redaktor, Azərbaycan Dövlət Televiziyasında, Space telekanalında redaktor vəzifələrində çalışıb. APA internet TV–də "Mizan" adlı müəllif proqramı ilə efirə çıxıb. "33 pərdəli dram", "Leyla Bədirbəyli","Lütfəli Abdullayev", "Əliağa Ağayev", "Ələsgər Ələkbərov", "Müharibə miniatürləri", "Zülməti yaranlar", "39-cu pərdə", "Şəhid həkimlər" adlı kitabların müəllifidir.

Kitablar

  • "33 pərdəli dram"
  • "Leyla Bədirbəyli"
  • "Lütfəli Abdullayev"
  • "Əliağa Ağayev"
  • "Ələsgər Ələkbərov"
  • "Müharibə miniatürləri"
  • "Zülməti yaranlar"
  • "39-cu pərdə"
  • "Şəhid həkimlər"

Yazdıqlarım və haqqımda yazılanlar

Xarici kecidlər

Mənbə

İstinadlar

  1. "Bilik Fondu Azərbaycan musiqisinin təbliği ilə bağlı mühazirələrə başlayıb". azertag.az. 2019-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.