Ramon Pineyro

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ramon Pineyro
Ramón Piñeiro López
Doğum tarixi
Doğum yeri Lankara, Qalisiya Qalisiya, İspaniya İspaniya
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Santiaqo de Kompostela, Qalisiya Qalisiya, İspaniya İspaniya
Milliyyəti qalisiyalı
Fəaliyyəti yazıçı, siyasətçi, filosof
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ramon Pineyro (d. 31 may 1915, Lankara — ö. 27 avqust 1990, Santiaqo de Kompostela) — qalisiyalı yazıçı, filosof və siyasətçi. 2009-cu ildə Qalisiya Ədəbiyyat Günü (17 may) ona həsr olunmuşdur.

Uşaqlığı

Fernandes Lopes və Salvador Pineyro Qarsiya cütlüyünün 3-cü oğlu kimi Qalisiyada anadan olmuşdur. 6 yaşına qədər ancaq Qalisiya dilini bilmişdir. 6 yaşında məktəbə gedəndə ispan dilini bilmədiyindən təhsil həyatının ilk illərində çətinliklər çəkmişdir. Liseydə qanunsuz Qalisiya Partiyasına qatılmışdır.

Fəaliyyəti

Santiaqo de Kompostelada fəlsəfə təhsili almışdır. Qalisiya əyalət komissiyasında Qalisiya Muxtariyyət Əsasnaməsi üzərində işləmişdir. Lakin diktator İspaniya dövründə Parisdə sürgün hökumət qurmaq istəyərkən yaxalanmış və 1946-1949-cu illərdə həbsdə olmuşdur. Demokratik İspaniya dövründə Qalisiya parlamentində millət vəkili olmuşdur.

Qalisiyanın siyasi və mədəni fəaliyyətləri üçün işlər görmüşdür. Yazdığı əsərlərdə Qalisiya dilinin normallaşdırılması üçün çalışmışdır. Qalaksiya Yazıçılar Qrupu ilə Qalisiya dilindəki əsərləri tərcümə etməyə etmişdir. "Grail"[1] jurnalında başlatdığı kampaniya ilə dilin standartlaşması üçün çalışmışdır.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-16.

Xarici keçidlər