Ramon Pineyro (d. 31 may 1915, Lankara — ö. 27 avqust 1990, Santiaqo de Kompostela) — qalisiyalı yazıçı, filosof və siyasətçi. 2009-cu ildə Qalisiya Ədəbiyyat Günü (17 may) ona həsr olunmuşdur.
Ramon Pineyro | |
---|---|
Ramón Piñeiro López | |
Doğum tarixi | |
Doğum yeri | Lankara, Qalisiya, İspaniya |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Santiaqo de Kompostela, Qalisiya, İspaniya |
Milliyyəti | qalisiyalı |
Fəaliyyəti | yazıçı, siyasətçi, filosof |
Vikianbarda əlaqəli mediafayllar |
Fernandes Lopes və Salvador Pineyro Qarsiya cütlüyünün 3-cü oğlu kimi Qalisiyada anadan olmuşdur. 6 yaşına qədər ancaq Qalisiya dilini bilmişdir. 6 yaşında məktəbə gedəndə ispan dilini bilmədiyindən təhsil həyatının ilk illərində çətinliklər çəkmişdir. Liseydə qanunsuz Qalisiya Partiyasına qatılmışdır.
Santiaqo de Kompostelada fəlsəfə təhsili almışdır. Qalisiya əyalət komissiyasında Qalisiya Muxtariyyət Əsasnaməsi üzərində işləmişdir. Lakin diktator İspaniya dövründə Parisdə sürgün hökumət qurmaq istəyərkən yaxalanmış və 1946-1949-cu illərdə həbsdə olmuşdur. Demokratik İspaniya dövründə Qalisiya parlamentində millət vəkili olmuşdur.
Qalisiyanın siyasi və mədəni fəaliyyətləri üçün işlər görmüşdür. Yazdığı əsərlərdə Qalisiya dilinin normallaşdırılması üçün çalışmışdır. Qalaksiya Yazıçılar Qrupu ilə Qalisiya dilindəki əsərləri tərcümə etməyə etmişdir. "Grail"[1] jurnalında başlatdığı kampaniya ilə dilin standartlaşması üçün çalışmışdır.