Rofail Batti

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rofail Batti
Doğum tarixi
Doğum yeri Mosul, İraq
Vətəndaşlığı İraq İraq
Milliyyəti iraqlı

Rofail Batti (d.1901; Mosul, İraq) — İraqlı jurnalist

Həyat və fəaliyyəti

Rofail Batti 1901-ci ildə Mosulda anadan olub. 1914-cü ildə Dominikan məktəbini bitirdikdən sonra ibtidai məktəb müəllimi olaraq süryanilərin Artedoks Mar məktəbində süryani dilindən dərs deyib. 1924-29-cu illərdə hüquq təhsili alıb. Mosulda tələbəlik illərində jurnalist fəaliyyətinə başlayıb. Hələ 23 yaşında ikən Qahirədə İraq şair və ədiblərin yaradıcılığından ibarət iki cildlik “Ədib Əl-Asri fil İraq Əl Ərəbi” kitabı işıq üzü görüb. 1929-cu ildə “Saut Əl Ərəb”, 1930-cu ildə “Saut Əl İraq”, “Əl Cihad” və “Əl Şaib”, 1931-1938-ci illərdə “Əl Əxbar”, 1952-ci ildə “Əl Zəmalə” və “Əl Rabi”, “Lisan Əl Ərəb” və “Darü Əl Salam” nəşrlərində işləyib.

Mənbə

  • Dr.Şəmsəddin Kuzəçi. İraq mətbuat tarixi (1869-2019). Bakı: “CBS”. səh. 53. ISBN 978-9952-516-66-1.