Mosul[2] (ərəb. الموصل – əl-Mavsil;[3] kürd. مووسڵ – Musil; süry. ܢܝܢܘܐ – Ninve; türk. Musul) — İraq Respublikasının Neynəvə mühafəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Bağdaddan sonra İraqın ikinci böyük şəhəridir.
Mosul | |
---|---|
الموصل | |
36°22′ şm. e. 43°07′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 700 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 223 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 60, 40 |
Vikianbarda əlaqəli mediafayllar |
Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, Mosul ərazisi hələ 8 min il bundan əvvəl insanlar tərəfindən məskunlaşdırılmışdır. Təqribən e.ə. 700-cü ildə Fərat çayı sahillərində (Assuriyanın paytaxtı Nineva şəhərinin yerləşdiyi sahilin qarşı tərəfində) Mosul şəhərinin əsası qoyulmuşdur. Şəhər mühüm tarixi əhəmiyyətə malik strateji mövqedə yerləşir.
Mosul şəhəri 2003-cü ilin aprel ayında ABŞ ordusu tərəfindən işğal edilmişdir. İşğaldan bir müddət sonra ABŞ qüvvələri şəhər yaxınlığında kütləvi məzarlıq tapdığını iddia etmişdir.[4]
1987-ci ildə aparılmış siyahıya almaya əsasən Mosul şəhərində 664,221 nəfər əhali yaşamışdır.[5] 2011-ci il iyul ayına olan rəsmi məlumata əsasən Mosul şəhərinin əhalisinin sayı 1,475,000 nəfər təşkil edir.[5] Əhalisinin 1/3 hissəsini rəsmən Türkman adlandırılan, dilləri Azərbaycan dilinə çox yaxın olan türk xalqı təşkil edir.
<ref>
teqi; 82_8006001
adlı istinad üçün mətn göstərilməyib