Roopa quşarmudu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Roopa quşarmudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Roopa quşarmudu (lat. Sorbus × roopiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.

Təbii yayılması

Türkiyədə, Qafqazda təbii halda yayılmışdır.

Botaniki təsviri

Çoxillik ağac və kol bitkisidir. Yarpaqları lələkvari-bölünmüş, dərili, alt tərəfi boz-keçəlidir. Çiçəkləməsi may, iyun aylarındadır. Meyvələri uzunsov, qırmızıdır.

Ekologiyası

Dəniz səviyyəsindən 1200-2500 metr hündürlüklərdə bitir. Torpağa tələbkar deyildir. Quraqlığa, istiyə davamlıdır.

Azərbaycanda yayılması

Böyük və Kiçik Qafqaz, Naxçıvan MR, Qubada, Şəkidə, Göyçayda, Şamağıda, Qarabağda, Zəngəzurda, Talışda təbii halda rast gəlinir.

İstifadəsi

Dekorativ bitkidir, meyvəəmələ gətirmə dövründə dekorativ görünüşə malikdir. Torpaq deqrodasiyasının qarşısının alınmasında xüsusi rol oynayır.

İstinadlar

Həmçinin bax