Rosa glauca

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rosa glauca
Elmi təsnifat
Beynəlxalq elmi adı

Rosa glauca (lat. Rosa glauca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.

Təbii yayılması

Şimal yarımkürəsinin subtropik vilayətlərində, Afrikada yayılmışlar.

Botaniki təsviri

Hündürlüyü 10 m-dək, yeraltı zoğlu və ya zoğsuz, yarpağını tökən və ya yarım həmişəyaşıl düz dayanan, qövsvari əyilmiş və ya sürünən gövdəsi olan kol və ya liandır. Gövdəsinin, bəzən yarpaqların saplaqlarında müxtəlif formlı və ölçülü tikanları olur. Yarpaqları növbəli, qeyri bərabər - lələkvari mürəkkəb, yalançı zoğlu, bəzən sadədir. Çiçəkləri ikicinsli, aktinomorf, diametri 1,5-8 (10) sm, qalxanvari və ya süpürgəvari çiçək qruplarına yığılmış və ya təkdir. Hipantiləri şarşəkilli, yumurtavari və ya ellipsvari, oxlu, yuxarı hissəsində vəziciklidir, toxumadan inkişaf etmiş nektarlı diski vardır. Kasa yarpaqları (4) 5 ədəd, yarpaq şəkilli, kənarları bütö və ya lələkvarı bölünmüş, meyvələrdə qalan və ya (bəzən hipantinin yuxarı hissəsi ilə) töküləndir. Ləçəkləri 4-5 ədəd sarı, ağ, çəhrayı və ya qırmızıdır. Erkəkcikləri çoxsaylı, tozluqları iki yuvalıdır. Meyvəyarpaqları çoxsaylı, oturaq və qısa ayaqlarda, hipantinin dibində və içəri divarlarının aşağı hissəsində yerləşmiş, tükcüklüdür, bir yuvalı, biranatrop toxum rüşeymi vardır. Meyvəsi qoza meyvəciklərdən ibarət olan sinarodidir.

Ekologiyası

Əsasən mülayim və isti iqlimli ərazilərdə yayılmışdır. Quraqlığa, istiyə davamlıdır. Torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması

Naxçıvan MR-nın Culfa rayonunda təbii halda rast gəlinir.

İstifadəsi

R.canina və R.dumalis itburnularının hidridləşməsi nəticəsində yaranmışdır. Çox geniş becərilir, bağ və parklarda istifadə edilir və çox saylı sortları vardır.

İstinadlar

Həmçinin bax