Sərab çoban iti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sərab çoban iti
Mənşəyi
Ölkə İran İran
Arealı Şərqi Azərbaycan ostanı
Xarakteristikaları
Boyu
erkəklər75-90 sm
dişilər70-85 sm
Çəkisi
erkəklər60-90 kq
dişilər55-80 kq
Rəngi Əsasən qara və müxtəlif rəng çalarlarında
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sərab çoban iti (fars. سگ سرابی‎) - Güney Azərbaycanın şimal-qərb hissəsində mövcud olan yerli it cinsi. Əsasən qoyunçuluq sahəsində istifadə edilir. Sürüləri yırtıcı heyvanlardan (CanavarAyı) qoruyur. Rəsmən müstəqil cins kimi tanınır[1].

Adlanması

Bu cins öz adını İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanlığından götürmüşdür. Cins ingilis dilli mənbələrdə İran çoban iti və ya Fars çoban iti adlandırılsa da, sırf Azərbaycan türkləri ilə əlaqədardır (şəhristanın əhalisinin 100 % Azərbaycan türkləridir).

Xüsusiyyətləri

Sərab çoban itləri yığcam və əzələli bədən quruluşuna malik olurlar. İri pəncəyə sahibdirlər. Erkəklərin hündürlüyü 75-90 sm, dişilər isə 70-85 sm olur. Çəki baxımından erkəklər 60-90 kq arası, dişilər isə 55-80 kq arası olurlar[2]. İstər yayın isti, istərsə qışın sərt havasına davamlıdır. Orta yaşam ili 12-17 arasında dəyişir. Müxtəlif rəng çalarlarına malik olurlar.[3] Qara gözlərə malikdirlər. Qara rəngliləri üstünlük təşkil edir. Xəz baxımından isə Uzun tüklüQısa tüklü olmaqla iki tipə bölünür. Ağ və iri dişləri vardır. Qoyunları nəinki canavarlardan, hətta ayılardan qoruya bilir. Demək olar ki, onların qənimi sayılır.

İstinadlar

  1. راهنمای تربیت سگ. دکتر علیرضا قمریان.انتشارات قمریان. ص۱۲۳ ISBN 964-92868-3-7
  2. "Persian Sarabi Dog Information and Pictures, Persian Sarabi Dogs". dogbreedinfo.com. 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-30.
  3. "The Dog breeds related to the KANGAL dog breed- Part 7 – Sarabi dog breed". Dogs Arena. 2015-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-30.