Sərab çoban iti (fars. سگ سرابی) - Güney Azərbaycanın şimal-qərb hissəsində mövcud olan yerli it cinsi. Əsasən qoyunçuluq sahəsində istifadə edilir. Sürüləri yırtıcı heyvanlardan (Canavar və Ayı) qoruyur. Rəsmən müstəqil cins kimi tanınır[1].
Sərab çoban iti | |||||
---|---|---|---|---|---|
Mənşəyi | |||||
Ölkə | İran | ||||
Arealı | Şərqi Azərbaycan ostanı | ||||
Xarakteristikaları | |||||
Boyu |
|
||||
Çəkisi |
|
||||
Rəngi | Əsasən qara və müxtəlif rəng çalarlarında | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bu cins öz adını İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanlığından götürmüşdür. Cins ingilis dilli mənbələrdə İran çoban iti və ya Fars çoban iti adlandırılsa da, sırf Azərbaycan türkləri ilə əlaqədardır (şəhristanın əhalisinin 100 % Azərbaycan türkləridir).
Sərab çoban itləri yığcam və əzələli bədən quruluşuna malik olurlar. İri pəncəyə sahibdirlər. Erkəklərin hündürlüyü 75-90 sm, dişilər isə 70-85 sm olur. Çəki baxımından erkəklər 60-90 kq arası, dişilər isə 55-80 kq arası olurlar[2]. İstər yayın isti, istərsə qışın sərt havasına davamlıdır. Orta yaşam ili 12-17 arasında dəyişir. Müxtəlif rəng çalarlarına malik olurlar.[3] Qara gözlərə malikdirlər. Qara rəngliləri üstünlük təşkil edir. Xəz baxımından isə Uzun tüklü və Qısa tüklü olmaqla iki tipə bölünür. Ağ və iri dişləri vardır. Qoyunları nəinki canavarlardan, hətta ayılardan qoruya bilir. Demək olar ki, onların qənimi sayılır.