Sağsağan gülxətmisi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sağsağan gülxətmisi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Sağsağan gülxətmisi (lat. Alcea sachsachanica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Məlumat azlığı" kateqoriyasına aiddir –DD. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu: DD.

Qısa morfoloji təsviri:

Çoxillik ot bitkisidir. Gövdələri 50-70 sm hündürlükdədir. Yarpaqlar ulduzvari, qısa tükcüklərlə örtülüb. Yarpaq ayası əncirin yarpaq ayasına bənzəyir, əsasında ürəkvari, 5-7 paylarla bölünür, enli, tərs-lansetli və ya uzunsov, tərs-yumurtavari şəkildədir. Çiçəkləri sıx tükcüklü ayaqcıqlarda tək-təkdir. Ksacıqaltı iki dəfə kasacıqdan qısadır. Qacı sarı rəngdə olub, eni 30-40 mm uzunluğundadır. Meyvəsi 12-14 mm enində, 25 meyvəcikdən ibarətdir.

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri:

Çiçəkləmə və meyvəgətirmə dövrü iyun-avqust-oktyabr aylarına təsadüf edir. Toxum çoxalır, orta dağ qurşağında quru daşlı yamaclarda rast gəlinir, müxtəlifot və taxıl, dağ-kserofit qruplaşmalarda rast gəlinir, işıqsevən, istisevən, quraqlığa davamlıdır. Dekorativ bitkidir. 

Yayılması:

Kiçik Qafqazın mərkəzi hissəsi (Şuşa rayonu- Xankəndi şəhərinin ətrafı, Sağsağan dağı və Cıdır düzü; Xocavənd rayonu- Domu kəndi)

Sayı və tendensiyası:

Məlumat yoxdur. 

Məhdudlaşdırıcı amillər:

Məlumat yoxdur. 

Mühafizə tədbirləri:

Mühafizə olunması təklif edilmişdir. Xüsusi mühafizə tədbirləri aparılmır. Populyasiyanın müasir vəziyyətinin öyrənilməsi təklif olunur. 

İstinadlar

Həmçinin bax