Sabir Bəşirov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sabir Bəşirov
Doğum tarixi 20 noyabr 1956(1956-11-20)
Doğum yeri
Vəfat tarixi 21 sentyabr 2018(2018-09-21) (61 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Ali
Fəaliyyəti yazıçı
Mükafatları "Qabaqcıl maarif xadimi"
"Metodist müəllim"

Sabir Bəşirov (20 noyabr 1956-cı ildə Yardımlı r., Peştəsər k. – 21 sentyabr 2018 Yardımlı, Peştəsər) — görkəmli ziyalı, ədəbiyyatşünas, tənqidçi-esseist,filologiya üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü.

Həyatı

Sabir Bəşirov 20 noyabr 1956-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. Orta məktəbi 1973-cü ildə bitirib. 1978-ci ildə BDU-nun filologiya fakültəsini, sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirib. Fəlsəfə üzrə fəlsəfə doktorudur.

Pedoqoji fəaliyyəti

Sabir Bəşirov 40 ilə yaхındır ki pedaqoji fəaliyyətlə məşğuldur. 1978-ci ildən Peştəsər kənd ümumi orta məktəbində müəllim işləyir. Sabir Bəşirov içərisində şəhid Şahlar Nəzərova, habelə yazıçı Anar və b. həsr edilmiş 15-dən çox kitabın, 100-ə qədər elmi məqalənin, çağdaş ədəbiyyatımızın nümayəndələri haqqında onlarla ədəbi-tənqidi məqalənin müəllifidir.[1]

Monoqrafiyaları

  • "Anar" (1994)
  • "Əlabbas: Sözün köhnə kişisi" (2005)
  • "Sabir Rüstəmхanlı: Sərhədsiz ruhumuzun yolçusu" (2006)
  • "60-cılar nəsrinin etik problemləri" (2006)
  • "Yaradıcılıq şəхsiyyətlə üst-üstə düşəndə..." (2010)
  • "Nizami Cəfərov: Şəхsiyyət və yaradıcılıq fenomeni" (2010)
  • "Nəriman Əbdülrəhmanlı: işıq adamı" (2010)
  • "Xanəli Kərimli: Bir ömrün nağılı" (2011)
  • "Firuz Mustafa: İdrakla hissin vəhdəti" (2012)
  • "Əjdər Ol: nəsrin imkanları" (2014)
  • "Yunus Oğuz: Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti"[2]

Vəfatı

Sabir Bəşirov çalışdığı Yardımlı rayon Peştəsər kənd orta məktəbində ürək tutmasından 62 yaşında dünyasını dəyişib.

Haqqında yazılanlar

Əsgər Rəsulov: Sabir Bəşirov haqqında portret oçerk

Mükafatları

Sabir Bəşirov 1989-cu ildə "Metodist müəllim" və "Qabaqcıl maarif xadimi" adlarını qazanmışdır.[2]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. "Rayonun Peştəsər kənd ümumi orta məktəbinin müəllimi Sabir Bəşirov şəhid Şahlar Nəzərova həsr edilmiş kitab çap edib". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-23.
  2. 1 2 "Tənqidçi-esseist, filologiya üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü Sabir Bəşirov". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-23.