Sabir Bəşirov (20 noyabr 1956-cı ildə Yardımlı r., Peştəsər k. – 21 sentyabr 2018 Yardımlı, Peştəsər) — görkəmli ziyalı, ədəbiyyatşünas, tənqidçi-esseist,filologiya üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü.
Sabir Bəşirov | |
---|---|
Doğum tarixi | 20 noyabr 1956 |
Doğum yeri | |
Vəfat tarixi | 21 sentyabr 2018 (61 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Ali |
Fəaliyyəti | yazıçı |
Mükafatları |
"Qabaqcıl maarif xadimi" "Metodist müəllim" |
Sabir Bəşirov 20 noyabr 1956-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. Orta məktəbi 1973-cü ildə bitirib. 1978-ci ildə BDU-nun filologiya fakültəsini, sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirib. Fəlsəfə üzrə fəlsəfə doktorudur.
Sabir Bəşirov 40 ilə yaхındır ki pedaqoji fəaliyyətlə məşğuldur. 1978-ci ildən Peştəsər kənd ümumi orta məktəbində müəllim işləyir. Sabir Bəşirov içərisində şəhid Şahlar Nəzərova, habelə yazıçı Anar və b. həsr edilmiş 15-dən çox kitabın, 100-ə qədər elmi məqalənin, çağdaş ədəbiyyatımızın nümayəndələri haqqında onlarla ədəbi-tənqidi məqalənin müəllifidir.[1]
Sabir Bəşirov çalışdığı Yardımlı rayon Peştəsər kənd orta məktəbində ürək tutmasından 62 yaşında dünyasını dəyişib.
Əsgər Rəsulov: Sabir Bəşirov haqqında portret oçerk
Sabir Bəşirov 1989-cu ildə "Metodist müəllim" və "Qabaqcıl maarif xadimi" adlarını qazanmışdır.[2]