Safdil Qreqin gündəliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qreqin gündəliyi
ing. Diary of a Wimpy Kid
Yaradıcı Cef Kinni
wimpykid.com

Safdil Qreqin gündəliyi (ing. Diary of a Wimpy Kid) — amerikalı yazıçı və karikaturaçı Cef Kinni tərəfindən yaradılmış uşaq kitabı seriyası və media franşizası.[1][2] Kitab həyatını gündəlikdə təsvir edən orta məktəb şagirdi Qreq Hefflinin hekayəsindən bəhs edir.[3]

Kinni kitabı nəşriyyata təqdim etməzdən əvvəl üzərində səkkiz il işləmişdi.[4] Kitab nəşr olunmazdan əvvəl ilk olaraq 2004-cü ildə FunBrain ilə əməkdaşlıqla onlayn versiyası buraxıldı.[5] Bu onlayn versiya 2004-cü ilin sentyabrından 2005-ci ilin iyununa qədər gündəlik buraxılışlardan ibarət idi və 2009-cu ilə qədər 20 milyona yaxın baxış əldə edərək əhəmiyyətli dərəcədə populyarlıq qazandı.[4]

Onlayn oxucuların çap versiyasına artan tələbi ilə əlaqədar olaraq, Kinni 2006-cı ilin fevralında Nyu-Yorkda keçirilən comic-con zamanı Abrams Books ilə müqavilə imzaladı. Diary of a Wimpy Kid seriyasındakı ilk kitab 2007-ci ilin aprelində işıq üzü gördü və dərhal uğur qazandı.[5] Time jurnalı Kinnini tanıdı və onu 2009-cu ilin aprelində Time 100 siyahısında ən nüfuzlu insanlardan biri adlandırdı.[6]

O vaxtdan bəri seriyanın cəmi on yeddi kitabı buraxıldı. Həmçinin, Rowley Jefferson personajından bəhs edən spin-off seriyasının 2021-ci ilə qədər üç kitabı var.[7] 20th Century Studios kino şirkəti 2010-cu ildən 2017-ci ilə qədər kitab əsasında çəkilmiş dörd film istehsal etdi, bununla yanaşı 2020-ci illərin əvvəllərində iki animasiya filmi də çəkdi.

The Diary of a Wimpy Kid kitabları onlayn versiyanın buraxılmasından sonra müsbət rəylər aldı və xeyli kommersiya uğuru qazandı. 2022-ci ilə qədər seriyanın qlobal satışları 275 milyon nüsxəni keçərək onu bütün zamanların ən çox satılan dördüncü kitab seriyasına çevirdi.[8]

İstinadlar

  1. Browne, David. "All about Jeff Kinney". Parade. March 20, 2011. September 13, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 27, 2011.
  2. "Ten years ago, Jeff Kinney created a new kind of comic hero". The Washington Post. Associated Press. April 26, 2017. April 27, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 27, 2017. Abrams Books said the 12th book, coming November 7, will be called 'Diary of a Wimpy Kid: The Getaway.'
  3. Kinney, Jeff. Diary of a Wimpy Kid: Greg Heffley's journal. Diary of a Wimpy Kid. Amulet Books. April 2007. ISBN 978-0-8109-9313-6.
  4. 1 2 "WIMPY 2 LAST". 3 November 2015. 3 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 March 2016.
  5. 1 2 "Diary of a Wimpy Kid". FunBrain. Family Education Network. September 28, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2011.
  6. Simpson, Forrest (2009). "The 2009 Time 100: Jeff Kinney". Time.
  7. Yasharoff, Hannah. "How 'Diary of a Wimpy Kid' author Jeff Kinney became the king of COVID-19 book tours". USA TODAY. 2021-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.
  8. Kantor, Emma. "Wimpy Kid 15 Cover and Title Revealed". PublishersWeekly.com. 2020-05-26. 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.

Xarici keçidlər