Salam Məmmədəliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Salam Məmmədəliyev
Doğum tarixi (43 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Atası Vamiq Məmmədəliyev
Milliyyəti azərbaycanlı
Fəaliyyət illəri 1998-ci ildən

Salam Vamiq oğlu Məmmədəliyev — Azərbaycan televiziya rejissoru.

Həyatı

Salam Vamiq oğlu Məmmədəliyev Bakıda anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. "O olmasın, bu olsun" tamaşasında "qoçu Əsgər, "Kuraj ana"da keşiş və gənc vəkil obrazlarında iştirak edib.

1998-2000-ci illərdə AzTV-də "Tələbə klubu" verilişində rejissor assistenti, 2000-2002-ci illərdə isə Lider TV-də “Bumeranq şou” verilişində rejissor assistenti, "Jazz time" verilişində rejissor assistenti və rejissor olaraq çalışıb. Lider TV-də Cəfər Cabbarlıya həsr olunmuş filmdə onun obrazını ifa edib. 2005-ci ildən İctimai televiziyada rejissor, 2010-cu ildən isə quruluşçu rejissor kimi çalışır[1]. Bir çox musiqili-əyləncəli verilişlərə quruluş verib. Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turunun quruluşçu rejissoru olmuşdur[2]. Hazırda "Ozan məclisi" və "Ustad dərsi" kimi musiqi verilişlərinin rejissorudur.

Ailəsi

Filmoqrafiya

  1. Bir gecə (film, 2002) – rejissor, montajçı
  2. Sükutun səsi (film, 2003) – rejissor assistenti
  3. Əslində MƏN... (portretlər silsiləsi, 2006)
  4. Bir mahnının tarixçəsi (2006)
  5. Dalan (film, 2012) – ikinci rejissor[3]
  6. Muğamla döyünən ürək (film, 2019)[4]

Hal hazırda "Yaxşı həkim" verilişinin quruluşçu rejissorudur.

İstinadlar

  1. Türkan Bəşir, Elmin Nuri. ""Bir kəndin məşhurları" - Kürdəxanı kəndinin tanınmışları" (az.). Modern.az. 14.10.2015. 2019-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-27.
  2. IRFS. "Media qurumlarının təmsilçiləri "Avroviziya-2012" ilə bağlı müzakirə aparıblar" (az.). IRFS. 14.07.2011. 2016-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-27.
  3. Reyhan İsayeva. ""Dalan": yeni televiziya filmi" (az.). Medeniyyet.az. 12.10.2011. 2020-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-27.
  4. İctimai TV. "Muğamla döyünən ürək - Vamiq Məmmədəliyev" (az.). İctimai TV. 19.06.2019. İstifadə tarixi: 2020-08-27.[ölü keçid]

Xarici keçidlər