İqbal Vamiq oğlu Məmmədəliyev (23 sentyabr 1978, Bakı) — Azərbaycan kino rejissoru və prodüseri.
İqbal Məmmədəliyev 23 sentyabr 1978-ci ildə Bakıda anadan olub.[1] 1985–1995-ci illərdə 113 saylı orta məktəbdə oxuyub. 1989–1994-cü illərdə 10 saylı musiqi məktəbində tar sinfini bitirib.[2] 1996–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə teatr və kino sənəti fakültəsini[1], 2002-ci ildə isə teatrşünaslıq üzrə magistraturasını bitirib.
Ailəlidir, dörd övladı var. Tarzən Vamiq Məmmədəliyevin oğlu, rejissor Salam Məmmədəliyevin qardaşıdır.
1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti, "Gənclik və İdman" baş redaksiyasında ştatdankənar müəllif kimi fəaliyyətə başlayıb.[2] 1998–2000-ci illərdə "Soy" şirkətində rejissor vəzifəsində çalışıb, 2000–2004-cü illərdə Media Holdinq şirkətinin Lider televiziyasında[1] rejissor kimi fəaliyyətini davam etdirərək 5 televiziya layihəsinin, 200-dən çox müxtəlif səpkili televiziya verilişlərinin, eləcə də konsert, tamaşa və canlı yayımların rejissoru və 60-dan çox sənədli filmin müəllifi olub.
2002–2004-cü illərdə Azərbaycan Kinematoqrafçılar Birliyində bir çox filmləri nümayiş olunaraq peşəkar tənqidçilər tərəfindən müzakirəyə çıxarılıb. 2003-cü ildən Azərbaycan Kinorejissorlar Gildiyasının üzvüdür.[2] 2003-cü ildə ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aspirantı kimi "Kinoda montaj strukturu" mövzusunu tədqiq edir. 2004-cü ildə "Salnamə" sənədli filmlər studiyasına dəvət olunub və bir neçə sənədli filmin rejissoru və montaj rejissoru olub.[2] 2005-ci ilin iyun ayında yenicə fəaliyyətə başlayan İctimai Televiziya və Radio Yayımları Şirkətinə dəvət alıb. Telekanalın bədii-estetik dizaynı ilə məşğul olsa da musiqi xadimləri haqqında bir neçə film-portret də çəkib. 2006-cı ilin noyabrında yenidən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" sənədli filmlər studiyasına dəvət olunub. 2006-cı ilin dekabrında aspiranturanı əla qiymətlərlə bitirib. 2008-ci ildən MDB Kinematoqrafçılar İttifaqının və Baltikyanı ölkələr Kinematoqrafçılar Konfederasiyasının üzvüdür.
2009-cu ildən Yevlax şəhərində fəaliyyət göstərən YevlaxTV MMC-nin ELTV brendi kimi yayımlanan televiziyasının baş direktorudur.[1] 2016-cı ildə "Aranfilm" yaradıcılıq Mərkəzini yaradıb. İndiyə kimi telekanalın özünəməxsus simasının formalaşmasında idarəetmədən savayı rejissor bilgilərini də kollektivdən əsirgəmir. 2022-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Audiovizual sənətlər kafedrasının müəllimi kimi televiziya rejissorluğu fənnini tədris edir və yeni kadrların yetişməsi üçün kurs rəhbəri kimi pedaqoji fəaliyyətlə də məşğul olur.
- "Sükutun səsi" filmi III Beynəlxalq Audiovizual Festivalda nümayiş olunan ən yaxşı sənədli film nominasiyasının qalibi olub. (2003)
- Ötən ildəki fəaliyyətinə və qazandığı uğurlara görə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin təsis etdiyi "İlin ən yaxşı gənc rejissoru" mükafatı (2 fevral 2004)
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Günü münasibətilə təsis etdiyi mükafat və diplom (2005)
- "Qədim Azərbaycanın abidələri" filminə görə Qazaxıstanın Aktau şəhərində keçirilən "Kaspi Dostluq Dənizi" festivalında laureat diplomu (2006)
- "Qədim Azərbaycanın abidələri" filminə görə Rumıniyada keçirilən "Eko-Etno-Folk" festivalının "etno folk turizm" bölməsində fərqlənmə diplomu (2006)
- "Sükutun səsi" filminə görə Gürcüstanın Tbilisi şəhərində keçirilən "Footprints" Sənədli Film Festivalında 3-cü baş mükafatı (2006)[1]
- "Qədim Azərbaycanın abidələri" filminə görə Hindistanda keçirilmiş qısametrajlı sənədli filmlər festivalında Mükafat (2007)
- "Zəhmətlə yoğrulanlar" filmi Bakıda keçirilən II Milli Turizm Festivalında "Ən yaxşı etnoqrafiya filmi" nominasiyasının qalibi olub. (2007)
- "Heydər Əliyev. Vətənin keşiyində" filminə görə Bakı şəhər İdman və Gənclər Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyilə keçirilən sabiq prezident Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev və müstəqil Azərbaycan" qısametrajlı sənədli filmlər festivalında 1-ci mükafat və diplom (2007)
Rejissor kimi
- Mahur hindi (film, 2001) — film-konsert
- Elçi daşı (film, 2001) — film-veriliş
- Səfəvilər (film, 2001) — film-veriliş
- İldırımlı yollarla (film, 2001) — film estetikalı portretlər silsiləsi
- …Və alqışlar, alqışlar (film, 2001) — etüd
- Başlanğıc (film, 2001) — etüd
- Səhnəyə aparan yol (film, 2001) — etüd
- "Edelveys" və dəmir biləklər (film, 2001) — sənədli-xronikal
- Qırmızı rəngin ekspressiyası (film, 2002) — elmi-kütləvi
- Yaşıl rəngin qamması (film, 2002) — elmi-kütləvi
- Qara rəngin harmoniyası (film, 2002) — elmi-kütləvi
- Baş tutmayan səfər (film, 2002) — detektiv araşdırma
- Payız (film, 2002) — etüd
- Lənkəran (film, 2002) — etnoqrafik etüd
- Quba (film, 2002) — etüd
- Səkkiz dəqiqəlik düşüncə və ya xarı bülbül (film, 2002) — film-düşüncə
- Özgə vaxtın doğma anları (film, 2002) — portret
- Cəsarətin heyrət məqamı (film, 2002) — sənədli
- Tanrı adamı (film, 2002) — portret
- Jurnalist (film, 2002) — portret
- Çətin sınaqlar (film, 2002) — sənədli film
- İsmipünhan (film, 2002) — sənədli film
- Güzgü (film, 2002) — etüd
- Pərdəsiz səhnə (film, 2002) — etüd
- Bizi oyatmayın (film, 2002) — sənədli
- Ali məqam (film, 2002) — ədəbi-bədii kompozisiya
- Yaddaş etüdləri (film, 2002) — etnoqrafiya
- Yaddaş etüdləri-2 (film, 2002) — etnoqrafiya
- Yaddaş etüdləri-3 (film, 2002) — etnoqrafiya
- Qoru və artır (film, 2002) — tanıtım
- Həzrə (film, 2002) — etnoqrafiya
- Zamanın sığalı (film, 2002) — etnoqrafiya
- Qusar (film, 2002) — etüd
- İlham Əliyev. Yeni neftin strategiyası (film, 2002) — siyasi portret
- İlham Əliyev. "Olimp"in fəthinə doğru (film, 2002) — siyasi portret
- İlham Əliyev. Diplomatiyada uğur rəmzi (film, 2002) — siyasi portret
- İlham Əliyev. Ümidlərin gerçəklik məqamı (film, 2003) — siyasi portret
- Hərb tariximizdən. Atropat (film, 2003) — elmi-kütləvi
- Sükutun səsi (film, 2003) — müəllif filmi
- Göy rəngin melodiyası (film, 2003) — elmi-kütləvi
- Bir haqq bayrağı var əlimdə (film, 2003) — kompozisiya
- Ağ rəngin simfoniyası (film, 2003) — elmi-kütləvi
- Zəhmətlə yoğrulanlar (film, 2003) — etnoqrafiya
- Qalanın əfsanəsi (film, 2003) — etnoqrafiya
- Torpağa bağlananlar (film, 2003) — etnoqrafiya
- Yaddaşın əbədi yükü (film, 2003)- etnoqrafiya
- Dövlətin vizit vərəqi (film, 2004) — tanıtım
- Novruz töhfələri (film, 2004) — elmi-kütləvi
- Qədim Azərbaycanın abidələri (film, 2005) — tanıtım
- Qarabağ xanəndələri (film, 2005) — tanıtım
- Şəfiqə Axundova (film, 2005) — portret
- Rəqslər (film, 2005) — elmi-kütləvi
- Ağaxan Abdullayev (film, 2005) — portret
- Xanım İsmayılqızı (film, 2005) — portret
- Arif Babayev (film, 2005) — portret
- Ağacəbrayıl Abbasəliyev (film, 2005) — portret
- Köhnə… Yeni Naxçıvan (film, 2006) — tanıtım
- Novruz Bayramı (film, 2006) — film-konsert, ssenari müəllifi
- Azərbaycan... Əbədiyyət yolu (film, 2006) — tanıtım-tolerantlıq
- Azərbaycan. Vahid Məmləkət (film, 2006) — video-art
- Heydər Əliyev. Dünyaya pəncərə (film, 2006) — portret
- Azərbaycanın mədəni irsinə qarşı müharibə (film, 2007) — sənədli
- Heydər Əliyev. Vətənin keşiyində (film, 2007) — portret
- Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi (2007) — portret
- Ömər Eldarov. Monoloq (2007) — sənədli
- 125 illik yol — sənədli
- Həqiqətin özü (film, 2008) — sənədli
- Sofya (2008) — sənədli
- Sualtı səltənətimiz (2008) — sənədli
- Parisli azərbaycanlı. Ramiz Abutalıbov (2009) — sənədli
- Həqiqətin özü (3 bölümlü, Türk dilində sənədli film, 2009) — sənədli
- Sualtı səltənətimiz (3 bölümlü sənədli film, 2009) — sənədli
Montaj üzrə rejissor kimi
- Yaddaşın keçdiyi yol (film, 2001) — etnoqrafiya
- Elegiya (film, 2005) — portret
- Unudulmuş qəhrəman (film, 2005) — sənədli
- Həyat formulu (film, 2005) — sənədli
- Azərbaycan... Əbədiyyət yolu (film, 2006)
- Bakıdan Helsinkiyə (film, 2006) — tanıtım
Prodüser kimi
- Bir gecə (film, 2002) — film-tamaşa
- Sərçələrin payı (bədii film, 2011) — sənədli
- Tbiliso (bədii film, 2013) — sənədli
- Səsdən usanmışlar (bədii film, 2014) — sənədli
- Düdəngədən Münhenə (sənədli film, 2015) — sənədli
- Qars vətənimdir (film, 2016) (Hacalı Nəcəfoğlu haqqında portret) — sənədli
- Səssiz zaman (bədii film, 2016) — sənədli
- Sakit gün (film, 2016) — sənədli
- Ürək yaddaşı (film, 2016) — sənədli
- İqlimlər (film, 2016) — sənədli
- Bu Azərbaycan sirkidir (film, 2016) — sənədli
- Atadan oğula (film, 2017)
- "Əsgərlər unudulanda ölürlər" (sənədli film)[3]
Mətn oxuduğu film
- Qədim şəhərin hekayəti (film, 2003) — etnoqrafiya
Ssenari müəllifi kimi
- Azərbaycan. Vahid Məmləkət (film, 2006) — video-art
Layihə rəhbəri kimi
- Qədim yurd yeri — Yevlax (sənədli film, 2014) — sənədli