Salman xan Ustaclı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Salman xan Ustaclı
Salman mirzə Şahəli mirzə oğlu Təmişli-Ustaclı
1621 – 1623/1624
ƏvvəlkiMirzə Talıb xan
SonrakıXəlifə sultan əl-Hüseyni
Şəxsi məlumatlar
Doğum tarixi XVI əsr
Doğum yeri Təbriz, Səfəvilər dövləti
Vəfat tarixi
Fəaliyyəti hərbi lider[d]
Atası Şahəli mirzə
Rütbəsi general

Salman xan Şahəli mirzə oğlu Təmişli-Ustaclı (XVI əsr, Məşhəd1624) — Qızılbaş əmiri, I Şah Təhmasib Səfəvinin nəvəsi, vali.

Həyatı

Salman mirzə Şahəli mirzə oğlu Təmişli-Ustaclı Təbriz şəhərində dünyaya gəlmişdi. 1580-ci ildə Şirvan bəylərbəyi təyin olunmuşdu. Az sonra Gilana hakim göndərilmişdi.

Şahəli mirzə Təmişli-Ustaclı1585-ci ildə sarayda divanbaşı olmuşdu.

Şahəli mirzə Təmişli-Ustaclı 1587-ci ildə Murtuzaqulu xan Pörnək-Türkmandan sonra Məşhəd şəhərinə hakimlik etmişdi. 1612-ci ildə Qəzvinin valisi idi.

Şahəli mirzə Təmişli-Ustaclı 1624-cü ildə vəfat edib.

Ailəsi

Salman mirzə Şəhribanu xanım I Təhmasib şah qızı Səfəvi (?-1583) və Gövhər Sultan xanım II İsmayıl şah qızı Səfəvi (1577-1618) ilə dünya evinə girmişdi.

Mənbə

  • Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
  • Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
  • Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.

Həmçinin bax