Sarvan (folklor rəqs qrupu)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Sarvan - 2008-ci ilin mart ayında Gürcüstanın Marneuli şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində yaradılmış folklor rəqs qrupudur. Azərbaycan milli rəqslərilə yanaşı qrupun repertuarında gürcü rəqsləri də mühüm yer tutur.

Kollektiv

Qrupun bədii rəhbəri Cəmilə Məmmədovadır, xoreoqraflar isə Nino Lomidze.

Nailiyyətlər

Gürcüstanda yaşayan etnik azlıqlar (Gürcüstan, Ukrayna, Estoniya, Ermənistan və s) arasında keçirilən "Global Peace Festival"da qrupun solisti Aygün Həsənova milli rəqs "Sarı gəlin"i ifa edərək I yer qazanmışdır, həmin uğur "Friendship Force Festival"ında da təkrarlandı, solo nominasiyasında "Sarı gəlin" rəqsi 1-lik qazanmışdır, qrup nominasiyasında isə "Nazilə" rəqsini ifa edərək 2 yer sahibi olmuşlar. Çox güman ki, rəqs qrupunun fəaliyyəti uğurla da davam edəcək. Qrupun yaranmasına və milli geyimlərlə təmin edilməsinə Heydər Əliyev adına Fond, Diasporla İş üzrə Dövlət Komitəsi və Gürcüstanın Mədəniyyət Nazirliyi dəstək göstərib.

Xarici keçidlər