Sedum lenkoranicum

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sedum lenkoranicum
Elmi təsnifat
Beynəlxalq elmi adı

Sedum lenkoranicum (lat. Sedum lenkoranicum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin dovşankələmikimilər fəsiləsinin sedum cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri

Çoxillik, çılpaq, ot bitkisidir. Gövdələr 6-15 sm hündürlükdədir. Yarpaqlar növbəli, qısa silindirvari, küt 3-6 mm uzunluğunda, 1-1,5 mm enindədir. Çiçək qrupu çətirvari-qalxan, 2-3 aralanan budaqlıdır. Çiçəklər oturaqdır. Kasacıqlar uzunsov-lansetvari, 2-3 dəfə tacdan qısadır. Ləçəklər 5-6 mm uzunluğunda, ağ və ya çəhrayı, lansetvari, ortada al qırmızı damarlıdır. Erkəkciklər 10, ləçəklərdən qısadır, ağ saplaqlı və qara-qırmızı tozcuqludur. Meyvəciklər 5 mm uzunluğunda, ağımtıl, lansetvari, 1mm uzunluğunda olan nazik buruncuqludur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə-meyvə əmləgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir. Kserofit bitkidir. Orta dağ qurşağında meşələrdə və qayalıqlarda rast gəlinir.

Yayılması

Diabar və Lənkəranın dağlıq hissəsi.

Sayı və tendensiyası

Populyasiyanın təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

Yayılma sahəsinin məhdud olmas və əhali tərəfindən mal-qara ilə otarılması. 

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır, yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, həmçinin toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

İstinadlar

  1. Illustrated Handbook of Succulent Plants: Crassulaceae. / red. U. Eggli 2003. S. 285. — ((untranslated))

Həmçinin bax