Sega Saturn Magazine

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sega Saturn Magazine
Təsis tarixi yanvar 1994
Nəşrini dayandırıb noyabr 1998
Ölkə
Dil ingilis dili[1]
ISSN 1360-9424

"Sega Saturn Magazine"Birləşmiş Krallıq aylıq videooyun jurnalı. 1994–1998-ci illərdə EMAP tərəfindən nəşr olunmuşdur. Əsas mövzusu "Sega"nın videooyun konsolları idi.

Tarixi

Jurnal 1994-cü ildə "Official Sega Magazine" kimi fəaliyyətə başlamış və "Sega" tərəfindən rəsmi olaraq lisenziyalaşdırılmışdır. Əvvəlcə nəşr şirkətin müxtəlif konsolları üçün məhsullara həsr olunmuşdu, lakin 1995-ci ildən jurnal yalnız "Sega Saturn" platforması üçün buraxılmış videooyunlara resenziyalar dərc etməyə başlamış və "Sega Saturn Magazine" adını almışdır. "Mean Machines"in yaradıcılarından biri olan Riçard Lidbetter jurnalın baş redaktoru olmuşdur.[2][3]

1997-ci ildə başqa bir "Sega" jurnalı olan "Mean Machines Sega" fəaliyyətini dayandırmış və onun işçiləri "Sega Saturn Magazine" redaksiyasına keçmişdir.[2][3] "Sega Saturn Magazine" özü 1998-ci ilin axırlarında fəaliyyətini dayandırmışdır. Jurnalın son nömrəsi noyabr ayında dərc olunmuşdur.[4]

Jurnalın diqqət mərkəzi yalnız Yaponiyada satışa çıxarılan "Sega Saturn" oyunlarının resenziyaları üzərində cəmləşmişdi, bunun səbəbi Birləşmiş Krallıqda platforma üçün oyunların sayının az olma idi.[5][6]

İstinadlar

  1. 1 2 3 The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 1360-9424
  2. 1 2 "A Brief History of All Things Mean Machines". Mean Machines (ingilis). Archived from the original on 2019-11-17. İstifadə tarixi: 2021-11-24.
  3. 1 2 Damien McFerran. "The story of Mean Machines magazine". Eurogamer (ingilis). 2017-06-04. 2019-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.
  4. Richard Leadbetter. Saturn Mag No More! // Sega Saturn Magazine (журнал) (ingilis). № 37. 1998. 3. ISSN 1360-9424.
  5. Rob Gallagher. From camp to kitsch: A queer eye on console fandom (PDF) // GAME – Games as Art, Media, Entertainment . 1 (журнал) (ingilis) (3). 2014. 39–50. ISSN 2280-7705.
  6. Marco Benoît Carbone, Paolo Ruffino. Introduction: games and subcultural theory (PDF) // GAME – Games as Art, Media, Entertainment . 1 (журнал) (ingilis) (3). 2014. 5–20. ISSN 2280-7705.