Sergey Karasyov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sergey Karasyov
Tam adı Sergei Gennadyevich Karasev
Doğum 12.06.1979
Moskva, Rusiya Rusiya

Sergey Karasyov - rusiyalı futbol hakimi. 1979-cu ildə paytaxt Moskvada doğulub. 2010-cu ildən etibarən FİFA referesi statusu alıb.

İxtisasca vəkil olan Karasyov 1995-ci ildə məhkəmədə çalışıb. 1999-2002-ci illər aralığında İdman Akademiyasında təhsil alır. 2000-ci ildən Rusiya ikinci futbol liqasında köməkçi hakim olub. 2006-cı ildən etibarən baş hakim funksiyalarını yerinə yetirir. 2013-cü ildə UEFA]-nın elit kateqoriyasına yüksəlib. 2014-cü ildə isə özünü doğrulda bilməyib elit mərhələdən 1-ci kateqoriyalı hakimlər siyahısına eniş edib. Evlidir, bir oğlu və bir qızı var.

Karyera

2014-cü ilin mayında Rusiya Kubokunun final matçını idarə edib. Karasyova UEFA tərəfindən Avro 2016-nın final mərhələsində oyunları idarə etmə hüququ verilmişdir.

2015/16-cı il futbol mövsümündə Rusiyada ilin ən yaxşı futbol hakimi adına layiq görülüb. 29 mart 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatına gedəcək hakimlərin siyahısı açıqlandı və Karasyov da o siyahıda var idi.

2018-ci ildə Avropa Liqasının "Marsel" və "Zalsburq" komandaları arasında keçirilən yarımfinal oyununda baş hakim funksiyasını yerinə yetirib.